BMU ilə Sapienza Universiteti arasında əməkdaşlıq müzakirə olundu
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Bakı Mühəndislik Universiteti (BMU) ilə İtaliyanın ən qədim və nüfuzlu ali təhsil ocaqlarından biri olan Roma Sapienza Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə həsr olunmuş görüş keçirilib.
Modern.az xəbər verir ki, görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, həmçinin elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov çıxış edərək universitetin beynəlxalq əlaqələr strategiyası, tərəfdaşlıq proqramları, elmi tədqiqat fəaliyyətləri barədə ətraflı məlumat verib, o cümlədən Sapienza Universiteti ilə əməkdaşlığın gələcək perspektivlərinə diqqət çəkiblər.
Sapienza Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Graziella Gaglione ali məktəbin fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimat edib. Sapienza Universitetinin nümayəndələri BMU ilə daha geniş əməkdaşlığın hər iki tərəf üçün səmərəli nəticələr verəcəyinə inamlarını vurğulayıblar.
Çıxışlar zamanı iki ali təhsil müəssisəsi arasında müxtəlif mübadilə proqramları çərçivəsində artıq formalaşmış əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, elm, innovasiya və təhsil sahələrində yeni birgə layihələrin reallaşdırılması, eləcə də tələbə, müəllim mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Görüşün yekununda tərəflər arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və yaxın gələcəkdə əməkdaşlığın institusional səviyyədə genişləndirilməsi barədə razılıq əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 13 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















