Icma.az
close
up
RU
BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb FOTOLAR

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Özbəkistan Respublikası Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetinin rektoru  Azizxon Nodirovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

"Unikal" xəbər verir ki, qonaqları BMU-da görməkdən məmnunluğunu bildirən rektor Yaqub Piriyev Özbəkistan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edib, ortaq tarixə, mədəni irsə, milli-etnik əsaslara söykənən hər iki xalq arasında əlaqələrin Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasəti ilə müasir dövrün çağırışlarına uyğunlaşdırılaraq daha da inkişaf etdirildiyini deyib. Habelə bu əlaqələrin təhsil sahəsini də əhatə etdiyini, iki ölkə arasında təhsilin müxtəlif pillələri üzrə əməkdaşlığı nəzərdə tutan bir sıra müvafiq sənədlərin imzalandığını bildirib. Rəhbərlik etdiyi ali məktəbin maddi-texniki bazası, professor-müəllim heyəti, müasir laboratoriyaları haqqında məlumat verən rektor BMU-nun beynəlxalq əlaqələrinə toxunub, xarici universitetlərlə əməkdaşlığın müsbət tərəflərini diqqətə çatdırıb. 

Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetinin rektoru Azizxon Nodirov isə öz növbəsində ölkəmiz haqqında ən xoş təəssüratlarını bölüşüb, həmçinin BMU ilə əlaqələrin yaranmasını olduqca müsbət qiymətləndirib. Rektor gələcəkdə əməkdaşlığın dərinləşəcəyinə, geniş məsələləri əhatə edəcəyinə inamını vurğulayıb.      

Sonra universitetlər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Memorandum universitetlərin tədris, təhsil və elmi-tədqiqat fəaliyyətlərinə marağı artırmaq, birgə tədqiqat layihələri, o cümlədən təkliflər üzərində çalışmaq və s.məsələləri əhatə edir. Eyni zamanda sənəd fakültə üzvləri, tələbələr və inzibati heyətin mübadiləsini gerçəkləşdirməyi də nəzərdə tutur. 

Görüşün ardınca qonaqlar BMU-nun müasir auditoriya və laboratoriyaları, eləcə də Texnoparkı ilə tanış olublar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Fevral 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri