Icma.az
close
up
RU
BMU ilə Əlcəzairin Relizane Universiteti arasında memorandum imzalanıb

BMU ilə Əlcəzairin Relizane Universiteti arasında memorandum imzalanıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Əlcəzair Respublikasının Relizane Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

BMU-nun rektoru Yaqub Piriyev və Relizane Universitetinin rektoru Ahmed Bahri tərəfindən imzalanan sənəd tədris və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması, birgə tədqiqatlar üçün təkliflər hazırlanması, təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə üsulları haqqında məlumat mübadiləsi, ətraf mühitin idarə olunması üzrə birgə tədbirlərin təşkili, tələbə, işçi heyəti, o cümlədən elmi və metodik nəşrlərin mübadiləsi məsələlərini əhatə edir.

İmzalanma mərasimində Yaqub Piriyev qonaqlara BMU haqqında ümumi məlumat verib. Universitetdə həyata keçirilən yenilikləri vurğulayan rektor ali təhsil ocağında Azərbaycan və ingilis dillərində tədris aparıldığını, informasiya texnologiyaları və başqa istiqamətlər üzrə yeni ixtisasların açıldığını deyib. Ölkəmizin xaricdə təhsil proqramlarından danışan, bu siyasətin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdıran Yaqub Piriyev son illər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən xaricdə təhsillə bağlı dövlət proqramlarını və aidiyyəti statistik göstəriciləri qeyd edib. Hazırda ölkəmizdə beş tam dövlət təqaüdlü ikili dövlət proqramının icra olunduğunu fikirlərinə əlavə edən rektor həmin proqramlardan birinin BMU ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirildiyini söyləyib. Rektor Azərbaycanla Əlcəzair arasında dostluq münasibətlərinə də toxunub, BMU ilə əsası qoyulan əlaqələrin iki ölkənin təhsil sahəsindəki əməkdaşlığına töhfələr verəcəyinə inandığını bildirib.

Bakıda olmaqdan məmnunluğunu dilə gətirən rektor Ahmed Bahri isə öz növbəsində Relizane Universiteti ilə bağlı ətraflı danışıb, müxtəlif ixtisaslar üzrə ümumilikdə 14 min tələbənin təhsil aldığı ali məktəbin maddi-texniki bazası haqda zəruri informasiyaları təqdim edib. BMU-da əlcəzairli gənclərin də təhsil aldığını vurğulayan rektor ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşdən sonra qonaqlar BMU-nun müasir laboratoriyaları və Texnoparkı ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri