Icma.az
close
up
RU
BMU ilə “Sara Logistics” MMC arasında əməkdaşlıq müzakirə edilib FOTO

BMU ilə “Sara Logistics” MMC arasında əməkdaşlıq müzakirə edilib FOTO

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sara Logistics” MMC-nin rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. 

"Unikal" xəbər verir ki, qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev universitet-sənaye əməkdaşlığının önəmindən danışıb, səmərəli əlaqələrin təhsil və tədqiqatların daha tətbiqyönlü olmasına, elmi-texniki biliklərin sürətlə sənaye sahələrinə inteqrasiyasına imkan yaratmasına diqqət çəkib. Nəticə etibarilə, bu əməkdaşlığın tələbələrin işlə təminatında da mühüm bir vasitə olduğunu, habelə onların praktik təcrübə və karyera qurmaq üçün vacib bacarıqları qazanmasına müsbət təsir göstərdiyini fikirlərinə əlavə edib. Rektor sürətlə genişlənən beynəlxalq ticarət, texnoloji inkişaf və iqtisadiyyatın qloballaşması, xüsusilə Azərbaycanın coğrafi mövqeyi baxımından logistika ixtisaslarının getdikcə artan əhəmiyyətindən, BMU-da bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasından da bəhs edib. Bununla yanaşı, universitetin mövcud maddi-texniki bazası, müasir laboratoriya və Texnoparkının imkanlarını vurğulayan rektor qurulan əlaqələrin faydalı ola biləcək əsas istiqamətlərini nəzərə çatdırıb. 

“Sara Logistics” MMC-nin direktoru, İdarə Heyətinin sədri Ülvi Ocaqlı ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən olan və yüksəkixtisaslı kadrlar hazırlayan BMU ilə daha sıx əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Eyni zamanda, bütün nəqliyyat vasitələri üzrə yük daşımalar üçün keyfiyyətli xidməti təmin etmək məqsədilə yaradılan MMC-nin fəaliyyəti, beynəlxalq əlaqələri, həmçinin partnyor şirkətlər haqqında geniş məlumat verib. Qeyd edib ki, MMC “Azərbaycan Dəmir Yolları” QSC-nin fraxt operatoru olaraq fəaliyyət göstərir, etibarlı nəqliyyat, saxlama və yük daşımaları xidmətlərini həyata keçirir. Xaricdə də filialları olan şirkət beynəlxalq nəqliyyat sahəsində etibarlı və məsuliyyətli tərəfdaş kimi özünü müvəffəqiyyətlə sübut edə bilib.

Görüşdə BMU ilə “Sara Logistics” MMC arasında imzalanacaq əməkdaşlıq müqaviləsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, habelə universitet tələbələrinin MMC-də təcrübədə olması, onlarla ayrıca görüşlərin təşkili və s. məsələlər nəzərdən keçirilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Yanvar 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri