Icma.az
close
up
RU
BMU ilə “Turan Volts Energy” arasında memorandum imzalanıb FOTOLAR

BMU ilə “Turan Volts Energy” arasında memorandum imzalanıb FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Mühəndislik Universiteti (BMU) və Birləşmiş Ərəb Əmirliklərinin “Volts Energy” şirkətinin Azərbaycandakı törəməsi olan “Turan Volts Energy” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 

"Unikal" xəbər verir ki, imzalanma mərasimində BMU-nun rəhbər heyəti, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin ölkə üzrə meneceri, “Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıxov, “Volts Energy”nin (BƏƏ) ölkə meneceri və “Turan Volts Energy”nin direktoru Nadir Bədəlov iştirak ediblər. 

BMU rektoru Yaqub Piriyev və “Turan Volts Energy”nin direktoru Nadir Bədəlov tərəfindən imzalanan sənəd peşəkar kadr hazırlığı və inkişafı, insan kapitalı, eləcə də bərpa olunan enerji innovasiyasında geniş əməkdaşlığın qurulmasını nəzərdə tutur. Razılaşmaya əsasən, universitet kampusunda günəş elektrik stansiyasının yaradılması layihəsinə “Turan Volts Energy” tərəfindən dəstək veriləcək və bu stansiya müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün həm tədris, həm də tədqiqat obyekti kimi istifadə olunacaq. Bundan başqa, şirkətin yüksək vəzifəli menecerləri və dəvət edilmiş xarici ekspertləri tərəfindən tələbələr üçün müxtəlif mövzularda mühazirələr təşkil olunacaq, onların istehsalat təcrübəsi keçməsi təmin ediləcək. Eyni zamanda, BMU məzunları şirkət və onun tərəfdaş müəssisələrində iş imkanları ilə təmin ediləcək, tələbələr üçün müvafiq sahə müəssisələrinə ekskursiyalar təşkil olunacaq.  

Rektor Yaqub Piriyev memorandumun universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, eləcə də bərpa olunan enerji sahəsində müasir bilik və təcrübələrin tələbələrə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bərpa olunan enerji milli inkişaf prioritetinə çevrilib və universitetlər bu strategiyada mühüm rol oynayır. Yaqub Piriyev, eyni zamanda “Volts Energy” və “Turan Volts Energy”yə təşəkkürünü bildirərək bu tərəfdaşlığın BMU-nun “yaşıl kampus” konsepsiyasının inkişafına mühüm dəstək olacağına inandığını deyib.

Tədbirdə digər məruzəçilər “Masdar” və “Volts Energy” şirkətlərinin Azərbaycandakı fəaliyyətini vurğulayıb, təmiz enerji sahəsində təhsil, təlim, tətbiqi tədqiqatlar üzrə birgə imkanlar müzakirə edilib. 

“Volts Energy” Əbu-Dabidə yerləşən və Masdar City ilə BP-nin birgə yaratdığı “Catalyst” startap texnologiya akseleratoru çərçivəsində fəaliyyət göstərir. Bu akselerator dünyanı daha dayanıqlı hala gətirmək məqsədilə texnologiyadan istifadə edən, dayanıqlılığa fokuslanan, başlanğıc mərhələsində olan layihələri dəstəkləyir.

BMU-“Turan Volts Energy” əməkdaşlığı təmiz və bərpa olunan enerjinin təşviqi istiqamətində praktik addımı təmsil edir və BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uzlaşır (7-Əlçatan və təmiz enerji; 9 – Sənaye, innovasiya və infrastruktur; 13-İqlim dəyişikliyi ilə mübarizə). Bu əməkdaşlıq akademik bilikləri sənaye tələbləri ilə birləşdirəcək və Azərbaycanda innovasiya ekosistemini gücləndirəcək. 

Sonda qonaqlar BMU-nun laboratoriyaları ilə tanış olub və günəş elektrik stansiyasının yaradılacağı əraziyə baxış keçiriblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Dekabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri