Icma.az
close
up
RU
BMU “QS Avropa 2026” reytinqində irəliləyərək 395 ci mövqeyə yüksəlib

BMU “QS Avropa 2026” reytinqində irəliləyərək 395 ci mövqeyə yüksəlib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bakı Mühəndislik Universiteti (BMU) ali təhsil sahəsində nüfuzlu beynəlxalq analitik agentlik olan “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS Avropa 2026”  reytinq cədvəlində uğurlu nəticəyə imza atıb. Avropanın ən yaxşı universitetləri reytinqində növbəti dəfə yer alan BMU ötən illə müqayisədə 96 pillə irəliləyərək 395-ci mövqeyə yüksəlib. 

Bu barədə XQ-yə BMU-dan məlumat verilib.

BMU Qərbi Asiya universitetləri arasında (QS Western Asia 2026) isə ötən illə müqayisədə 11 pillə irəliləyərək 23-cü yerdə qərarlaşıb.

Yeni reytinqə Avropanın ümumilikdə 958 ali təhsil müəssisəsi daxil edilib.  Reytinq cədvəlində BMU ilə bərabər, ölkəmizin 6-sı ilk dəfə olmaqla 15 universiteti yer alıb. BMU ölkə üzrə 5-ci sırada dayanır.

Bu, son iki ildə universitetin tədris, elmi-tədqiqat, beynəlmiləlləşmə, işəgötürənlər arasında reputasiya və məzunların nailiyyətləri sahələrində əldə etdiyi davamlı inkişafın bariz göstəricisidir. Belə ki,  BMU 2025-ci il üzrə reytinq cədvəlində 60 pillə, 2026-cı ildə isə 96 pillə irəliləməklə son iki ildə QS Avropa reytinqində ümumilikdə 156 pilləlik əhəmiyyətli yüksəliş nümayiş etdirib.

BMU-nun reytinqdə mövqeyinin ciddi şəkildə yüksəlməsi ali təhsilin keyfiyyətinin artırılması, müasir tədris metodlarının tətbiqi, tələbə mübadiləsi və beynəlxalq əməkdaşlıqların gücləndirilməsi istiqamətində gerçəkləşdirilən məqsədyönlü strategiyanın nəticəsidir. Sözügedən nailiyyət universitetin Avropa ali təhsil məkanında tanınmasını və rəqabət qabiliyyətinin artmasını bir daha təsdiqləyir.

Reytinq ümumilikdə 12 indikator üzrə (universitetlərin akademik və işəgötürən icmalarında tanınma, tədqiqat işlərinə töhfə, təhsil mühitinin keyfiyyəti, beynəlmiləlləşmə, akademik mobillik və davamlı inkişafa sadiqlik və s.) müəyyən olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri