Icma.az
close
up
RU
BDU “QS Avropa 2026” reytinqində mövqeyini gücləndirib

BDU “QS Avropa 2026” reytinqində mövqeyini gücləndirib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 28 yanvar, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) nüfuzlu beynəlxalq reytinq qurumlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS Avropa 2026” (QS Europe 2026) reytinqində irəliləyişə nail olub. Universitet ötən illə müqayisədə 58 pillə irəliləyərək, Avropa universitetləri arasında mövqeyini möhkəmləndirib və 278-ci pillədə qərarlaşıb. BDU-nun müvafiq reytinq siyahısında ümumi qiymətləndirmə göstəricisi əvvəlki illə müqayisədə 68 faiz artıb. Belə ki, BDU ötən il reytinq siyahısına daxil olan 685 universitet arasında 336-cı mövqedə yer almışdısa, bu il reytinqə düşə bilən 958 universitet arasında 278-ci pilləyə yüksəlib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

“QS Avropa 2026” reytinq siyahısında BDU akademik nüfuz, məzunların məşğulluq göstəriciləri, beynəlxalq elmi tədqiqat şəbəkəsi və akademik heyətə nisbətdə elmi məqalə sayı indikatorları üzrə Azərbaycan universitetləri arasında ən yaxşı göstəricilərə malikdir. BDU reytinqə daxil edilmiş 958 universitet arasında tələbə–müəllim nisbəti göstəricisi üzrə 64-cü, məşğulluq göstəriciləri üzrə 82-ci, akademik nüfuz üzrə 157-ci və işəgötürən nüfuzu üzrə isə 190-cı mövqedədir. Eyni zamanda, QS tərəfindən açıqlanan “QS Qərbi Asiya 2026” (QS Western Asia 2026) alt kateqoriya reytinqində BDU 15-ci yerdən 13-cü yerə yüksəlib.

“QS Avropa” Avropanın aparıcı ali təhsil müəssisələrini qiymətləndirən beynəlxalq reytinq siyahısıdır. Reytinq tədqiqat keyfiyyəti və məhsuldarlığı, akademik reputasiya, işəgötürənlər arasında nüfuz, beynəlmiləlləşmə göstəriciləri, tədris mühiti və davamlılıq kimi əsas meyarlar üzrə hazırlanır. Bu reytinq siyahısı Avropa universitetlərinin qlobal miqyasda rəqabət qabiliyyətini, akademik və elmi potensialını obyektiv şəkildə müqayisə etməyə imkan yaradır və ali təhsil müəssisələri üçün mühüm göstərici hesab olunur.

Azərbaycan bu reytinq siyahısında ilk dəfə olaraq 15 ali təhsil müəssisəsi ilə təmsil olunur ki, bu da ötən illə müqayisədə reytinqdə yer alan ölkə ali təhsil müəssisələrinin sayında 67 faiz artım deməkdir. BDU “QS Avropa 2026” reytinqində yer alan bütün Azərbaycan ali təhsil müəssisələrini təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar və davamlı nailiyyətlər arzulayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri