Icma.az
close
up
RU
BMU Tələbə Elmi Cəmiyyətinə yeni sədr seçilib FOTOLAR

BMU Tələbə Elmi Cəmiyyətinə yeni sədr seçilib FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) iclası keçirilib.  

"Unikal" xəbər verir ki, iclasda elmi fəaliyyətin təşkili, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, eləcə də TEC-in gələcək fəaliyyət planı ətrafında müzakirələr aparılıb.

Çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov tələbələrin elmi-təqdiqat fəaliyyətinin universitet rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayaraq, bu istiqamətdə TEC-in mühüm rol oynadığını qeyd edib. O, cəmiyyətin əsas məqsədinin tələbələr arasında elmə marağı artırmaq, onların innovativ ideyalarının reallaşdırılmasına şərait yaratmaqdan ibarət olduğunu söyləyib. TEC-in əvvəlki heyətinin universitetin elmi həyatında rolunu müsbət qiymətləndirən prorektor iclasda cəmiyyətin yeni sədrinin seçilməsi məsələsinə baxılacağını deyərək növbəti komandanın da öz fəaliyyətini uğurlu qura biləcəyinə inandığını vurğulayıb.

Sonra 4-cü kurs tələbəsi Aysu Cəbrayılovanın TEC sədrliyinə namizədliyi  irəli sürülüb. Çıxış edənlər onun BMU-nun sosial-ictimai həyatında fəallığını, universitetin rəsmi tədbirlərində moderatorluq keyfiyyətlərini, həmçinin ümumi orta müvəffəqiyyət göstəricilərinin yüksək olduğunu diqqətə çatdırıblar. İclasda, eləcə də 3-cü kurs tələbəsi Röya Abuzərova öz namizədliyini müstəqil olaraq irəli sürüb.  

Hər iki namizəd BMU-dakı təhsil uğurları, karyera istiqamətində hədəfləri, ali məktəbin mədəni-ictimai həyatında fəal iştirakları barədə məlumat verib, elmi fəaliyyətin təşkili və təkmilləşdirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə bir sıra təkliflərlə çıxış ediblər. Səsvermədə üstün nəticə ilə Aysu Cəbrayılova TEC-in sədri seçilib. 

Sonda prorektor Ağası Məlikov yeni sədrə fəaliyyətində uğurlar arzulayıb, cəmiyyətin gələcəkdə universitetin elmi həyatında daha fəal rol oynaması üçün gərəkli tövsiyələr verib. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri