Icma.az
close
up
RU
BMU unikal imkanlar yaradır Əlcəzairli tələbə (FOTOLAR)

BMU unikal imkanlar yaradır Əlcəzairli tələbə (FOTOLAR)

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Mühəndislik Universitetində (BMU) Əlcəzair Xalq Demokratik Respublikasından olan tələbəsi Safi Omayma "Unikal"a müsahibə verib. 

Sözügedən müsahibəni diqqətinizə çatdırırıq:

- Əvvəlcə sizi yaxından tanıyaq. Hansı ölkədən gəlmisiniz, hansı ixtisas üzrə təhsil alırsınız? Valideynləriniz harada çalışır və Azərbaycanda təhsil almağınıza necə yanaşdılar?

- Adım Omaymadır. Əlcəzairdənəm və “Fiziki-kimya” ixtisası üzrə BMU-nun magistr tələbəsiyəm. Atam Əlcəzairdəki Naama Universitetinin rektorudur. Ailəm Azərbaycanda təhsil almaq qərarımı tərəddüdsüz dəstəklədi. Çünki mən həm müsəlman respublikasını, həm də mədəni zənginliyi geniş, iqtisadi cəhətdən sürətlə inkişaf etmiş, digər xalqların, dövlətlərin milli, dini dəyərlərinə tolerantlıq göstərən, hörmətlə yanaşan bir ölkəni seçirdim. Bundan əlavə, Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinin unikal şəkildə qovuşduğu məkan olması, bir sıra nüfuzlu beynəlxalq tədbirlərə layiqli şəkildə evsahibliyi etməsi diqqətçəkici idi. Azərbaycana dünyanın bir sıra ölkələrindən təhsil almağa gələnlər var. Düşünürdüm ki, bu, eyni zamanda Azərbaycanın təhsilə göstərdiyi xüsusi diqqətlə bağlıdır. Azərbaycan xarici ölkələrlə elm və təhsil sahəsində uğurlu əməkdaşlıq yaradır. Dünya universitetləri ilə yaxşı münasibətlər qurur, təcrübə mübadiləsi aparır və s. Bunlar hamısı xarici tələbə üçün vacib amillərdir. Ali təhsildə, elmi tədqiqatlarda beynəlxalq təcrübənin nə qədər əhəmiyyətli olduğunu anlayan ailəm ölkənizin bu cəhətdən potensialını yüksək qiymətləndirərək mənim seçimimə xoş reaksiya göstərdilər.       

- Atanızın Əlcəzairdə tanınmış ali təhsil müəssisəsinin rəhbəri olması diqqəti cəlb edir və istər-istəməz belə bir sual yaranır: nə əcəb, daha rahat yolu-həmin universitetdə təhsil almağı seçmədiniz?

- Atamın rəhbərlik etdiyi universitet nüfuzlu olsa da, mən fərqli təhsil sistemi və mədəniyyətlə tanış olmaq istəyirdim. Xaricdə təhsil insana müstəqillik qazandırır, dünyagörüşünü genişləndirir və unikal imkanlar yaradır. Açığı, bu fürsəti qaçırmaq istəmədim!  

 - Niyə məhz Bakı Mühəndislik Universiteti? Xüsusi bir kriteriya var idimi?

- BMU güclü mühəndislik proqramları, müasir infrastrukturu və multikultural mühiti ilə seçilir. Burada tələbələrin elmi-tədqiqatla məşğul olmalarına imkanlar var. Universitetin beynəlxalq təşkilatlarla olan tərəfdaşlıqları və innovasiyaya verdiyi əhəmiyyət gələcək karyera hədəflərimlə üst-üstə düşür. 

- Müəllimlər, tələbə yoldaşlarınızla münasibət necədir? BMU-da təhsil alan başqa ölkələrdən olan tələbələrlə ünsiyyət qurmağa həvəslisinizmi? Yəni, beynəlxalq tələbə mühütində rahatsınız, yoxsa hansısa çətinliklər ortaya çıxır?   

- Müəllimlərim çox səmimi və qayğıkeşdirlər. Xüsusilə xarici tələbələrə həssas yanaşırlar. Bu da məni sevindirir.  Eləcə də yerli və beynəlxalq tələbələrlə yaxşı münasibətlər qurmuşam. Düzdür, dil fərqi bəzən maneələr yaradır, amma hər kəs mehribandır.  Digər beynəlxalq tələbələrdən müxtəlif mədəniyyətlər haqqında məlumat əldə etməyi çox xoşlayıram. Bu, dünyagörüşümü zənginləşdirir. 

- Tələbə olmazdan qabaq Azərbaycana səyahət etmək imkanı olmuşdumu? Ümumiyyətlə, ölkəmiz sizdə  necə təəssürat yaradıb?

- Bəli, universitetə qəbul olmazdan əvvəl Azərbaycana səfər etmişdim. Səfər zamanı gözəl memarlıq nümunələri, insanların qonaqpərvərliyi və ölkənizin zəngin tarixi məni valeh etmişdi. Bakının həm ənənəvi, həm də müasir üslubun vəhdətini əks etdirməsi, xüsusilə Alov qüllələri və Xəzər dənizi mənzərələri yaddaşımda dərin iz buraxmışdı. Şuşaya da getmək şansım oldu. Şuşanı geri almaq uğrunda əsgərlərinizin böyük qəhrəmanlıq, fədakarlıq göstərmələri barədə faktlarla tanış oldum. Şuşanı gəzdim və  möhtəşəm təbiətini, saf havasını çox sevdim. Doğrudan da gözəl torpaqlarınız var. Düşünürəm ki, tələbəlik həyatı həm də Azərbaycanı daha dərindən kəşf etmək, görmək, tanımaq fürsətidir və buna vaxtım olacaq.   

- Azərbaycan dili, musiqisi, mətbəxi… yəqin bildiyin sözlər var, dinlədiyin musiqi, sevdiyin yeməklər də var…

- Bəli, bir neçə ifadə öyrənmişəm, məsələn: “Salam”, “Çox sağ ol” və “Necəsən?”. Bunlar gündəlik danışıqda lazımdır. Yeni sözlər bilmək ehtiyacı da yaranır ki, onları öyrənmək və yadda saxlamağa çalışıram. Musiqiyə gəlincə, muğam və müasir Azərbaycan pop musiqisini xoşlayıram. Yeməklər də əladır. Plov, dolma və qutab ən çox sevdiklərimdir. Yemək cəhətdən heç bir əziyyət çəkmirəm.  

- Təhsilini başa vurduqdan sonra nələr planlayırsan? Gələcək hədəflər nədən ibarətdir?    

- Magistraturadan sonra doktorantura təhsilimi də elə BMU-da davam etdirməyi planlaşdırıram. Burada keçirdiyim vaxt mənə texniki bacarıqlar və mədəniyyətlərarası uyğunlaşma qabiliyyəti qazandırdı. Bu da doktorantura təhsili almaq və ixtisasımı daha dərindən öyrənmək arzum üçün əsas üstünlüklərdir. 
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 İyun 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see240

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see205

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see202

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see147

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see136

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see135

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see128

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see128

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri