BMU tələbələri arasında intelektual yarış keçirilib FOTOLAR
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən “Prometey” klubunun təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Zəfər turniri keçirilib.
Modern.az xəbər verir ki, 8 Noyabr-Zəfər Günü münasibətilə təşkil olunan turnirdə ümumilikdə 22 komanda (hər komandada 6 nəfər olmaqla) iştirak edib. İlk seçim mərhələsində uğurla çıxış edən 8 komanda final turuna vəsiqə qazanıb.
Final turunda təqdim olunan 24 sual ətrafında komandalar maraqlı bilik yarışı nümayiş etdirib və nəticədə “Juggernaut” 1-ci, “Without Y” 2-ci, “ChatİBF” isə 3-cü yerləri tutub.
Turnirin sonunda qalib komanda üzvlərinə THİK tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 06 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















