Icma.az
close
up
RU
Kollec tələbələri BMU da FOTOLAR

Kollec tələbələri BMU da FOTOLAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bakı Mühəndislik Universitetində (BMU) İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, əvvəlcə iştirakçılar universitetin tanıtımı ilə bağlı videoçarxı izləyiblər. 

Açılış nitqi ilə çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə ali məktəblərlə orta ixtisas təhsili müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, müasir dövrdə əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı təhsil müəssisələri arasında səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasını zəruri edir. BMU-nun beynəlxalq standartlara uyğun mühəndis və mütəxəssis hazırlığını prioritet istiqamətlərdən biri kimi müəyyən etdiyini deyən prorektor universitetdə tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsi, innovativ düşüncə və tədqiqat vərdişlərinin formalaşdırılması yönündə ardıcıl işlər aparıldığını diqqətə çatdırıb. 

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitetin beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verərək vurğulayıb ki, ali məktəb dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq əlaqələri qurub və bu istiqamətdə mühüm layihələr həyata keçirir. Son illərdə təhsil ocağının xüsusilə Çin Xalq Respublikasının aparıcı universitetləri ilə ikili diplom proqramları üzrə əməkdaşlığı genişlənib. Həmin proqramlar çərçivəsində BMU tələbələri təhsillərinin müəyyən hissəsini Çində davam etdirmək, beynəlxalq təcrübə toplamaq və iki  diplom qazanmaq imkanı əldə edirlər. Prorektor əlavə edib ki, bu proqramlar tələbələrin qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.

Sonra çıxış edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Publik Hüquqi Şəxsin direktoru Kəmalə Süleymanlı rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında informasiya verib. Bildirib ki, kollecdə mütəxəssis hazırlığı həyata keçirilən istiqamətlər üzrə BMU ilə əməkdaşlığın genişləndirilməsi həm tələbələrin peşə hazırlığının gücləndirilməsinə, həm də tədris prosesində innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verə bilər. O, əməkdaşlığın müəllim heyəti arasında təcrübə mübadiləsinin təşkili, ixtisasartırma proqramlarının həyata keçirilməsi və s. istiqamətləri əhatə etməsinin məqsədəuyğun olduğunu söyləyib.

Daha sonra BMU-nun Memarlıq və inşaat fakültəsinin dekanı Nizami Əhmədov və Mühəndislik fakültəsinin dekanı Asif Quliyev çıxış ediblər. Çıxışlarda fakültələrdə tədris olunan ixtisaslar, həyata keçirilən müasir tədris yanaşmaları və praktiki hazırlıq imkanları barədə ətraflı məlumatlar təqdim olunub.  

Tədbir BMU tələbələrinin ifasında rəqs nömrəsi ilə davam edib. 

Görüşün sonunda tələbələr BMU-nun kampusu, auditoriyaları, laboratoriyaları və sosial infrastrukturu ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri