Icma.az
close
up
RU
BMU tələbələri “Rebuild Karabakh” hakatonunda qalib olublar

BMU tələbələri “Rebuild Karabakh” hakatonunda qalib olublar

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 noyabr, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin layihələri “Rebuild Karabakh” hakatonunda uğur qazanıb.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib.

BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra edilən ikili diplom proqramının elektronika mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Hakim Musazadə “Rebuild Karabakh” hakatonunda I yerin qalibi olub. Hakim Musazadənin iştirakı ilə formalaşmış “LankonFarm” layihəsi fermerlərlə alıcıları birləşdirən innovativ platformadır. Platforma təkcə onlayn satış və əlaqə sistemini deyil, həmçinin məhsulların keyfiyyətini qorumaq məqsədilə ağıllı soyuducu sistemi üzərində işlənən prototipi əhatə edir. Bu texnoloji yenilik kənd təsərrüfatı məhsullarının daha effektiv şəkildə bazara çatdırılmasına imkan yaradır.

Müsabiqədə BMU tələbələrinin digər layihəsi də qaliblər sırasında yer alıb. Kimya mühəndisliyi ixtisasının tələbələri Məhəmmədəli Ayralov (CEO/Founder), Reyhanə Mahmudova (UX-UI designer), həmçinin inşaat mühəndisliyi ixtisasının tələbəsi Pəri Musayevadan (3D Designer) ibarət komanda “Blueroot-Ağıllı kənd təsərrüfatı layihələri üçün problem- solution applikasiyası” ilə II yerin qalibi olub. Layihə fermerlərin suallarına cavab verməyi, yeni texnologiyaların tətbiqini təşviq etməyi və Qarabağ bölgəsində “Ağıllı kənd təsərrüfatı”nın inkişafını sürətləndirməyi hədəfləyir.

Hər iki layihə Dünya Şəhərlər Forumunda (World Urbanization Forum) nümayiş olunacaq innovativ təşəbbüslər kimi müəyyən edilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ağıllı şəhər, yaşıl gələcək: WUF2026-a doğru” layihəsi çərçivəsində təşkil olunan hakatonun əsas məqsədi Qarabağın yenidən qurulması prosesinə gəncləri, mütəxəssisləri və innovativ ideyaları cəlb etmək, regionun dayanıqlı inkişafına töhfə vermək olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri