Icma.az
close
up
RU
BMU tələbələri üçün Çində təhsil almaq imkanı

BMU tələbələri üçün Çində təhsil almaq imkanı

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Bu ildən etibarən Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında ikili diplom proqramının icrasına start verilir. Proqram Kimya, Kompüter və Mexanika mühəndislikləri ixtisasları üzrə həyata keçiriləcək. 

"Unikal" xəbər verir ki, iki ali təhsil müəssisəsi arasında bu ilin aprel və iyun aylarında imzalanan,  2+2 modelinə əsaslanan sənədlərə müvafiq olaraq  BMU-da I, II kursları uğurla başa vuran tələbələr müvafiq prosedurları keçdikdən sonra III, IV kurs təhsillərini PKTU-da davam etdirəcəklər. ÜÖMG-si 80-dən yuxarı olan tələbələr universitetin təhsil xərcindən azad olunurlar. 

BMU-PKTU ikili diplom proqramı tələbələrə bir sıra strateji və praktik üstünlüklər vəd edir. Onlar beynəlxalq səviyyəli təhsilə çıxış imkanı qazanır, fərqli tədris metodikaları, qabaqcıl texnologiyalar və praktiki laboratoriya imkanları ilə tanış olmaqla yanaşı, real sənaye yönümlü biliklər öyrənmək fürsəti əldə edirlər. Eyni zamanda proqram çərçivəsində birgə elmi layihələrdə və texnoloji startap fəaliyyətlərində iştirakları təmin olunur, tədrisin ingilis dilində aparılması sayəsində xarici dil bacarıqları təkmilləşir, habelə Çin mədəniyyəti ilə yaxından tanışlıq imkanı yaranır. Təhsillərinin sonunda tələbələr həm BMU, həm də PKTU-nun bakalavr diplomunu əldə edirlər. 

Nəticə etibarilə ikili diplom proqramı məzunların beynəlxalq əmək bazarında tanınmasına, rəqabət qabiliyyətinin yüksəlməsinə, eləcə də qlobal karyera imkanlarının genişlənməsinə xidmət edəcək. Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramı, həmçinin iki ölkənin təhsil sahəsindəki əlaqələrinə mühüm töhfə verəcək.

Qeyd edək ki, PKTU Çində, eləcə də dünyada öncül mövqeyə malik universitetlərdən biridir. 1958-ci ildə yaradılan bu ali məktəbin 2700 nəfərdən ibarət professor-müəllim heyəti və 28670 tələbəsi var. 17 kollec və məktəbi olan universitet üç əsas böyük kampusda yerləşir. 170 ölkənin 63 universiteti ilə əməkdaşlıq edən PKTU-da ingilis dilində təhsil almaq imkanları genişdir və təhsilin bütün səviyyələrində proqramlar icra olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri