Icma.az
close
up
RU
BMU tələbələrinə “TələbəPlus” kartları təqdim olunub FOTOLAR

BMU tələbələrinə “TələbəPlus” kartları təqdim olunub FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bakı Mühəndislik Universitetində (BMU) Təhsilin İnkişafı Fondu (TİF), Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin tələbələr üçün birgə layihəsi olan “TələbəPlus” kartlarının təqdimetmə mərasimi keçirilib. 

"Unikal" xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev tədbirdə iştirak edən hər üç qurumun nümayəndə heyətinə qısa müddətdə reallaşdırılan bu layihəyə görə təşəkkürünü bildirib və güzəştli kartların universitet tələbələri tərəfindən məmnunluqla qarşılandığını deyib. Rektor bütün ali məktəblərin tələbələrinə endirim, güzəşt və keşbek imkanları yaradan kartların sosial dəstək xarakteri daşıdığını təqdir edib, gənclər üçün perspektivdə daha əlverişli layihələrin, ideya və təşəbbüslərin irəli sürüləcəyinə inandığını söyləyib. Rektor çıxışında universitetin inkişafı barədə, habelə nəzərdə tutulan tələbəyönümlü layihələr haqda da məlumat verib.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında beynəlxalq təcrübə əsasında nüfuzlu tərəfdaşlarla birgə həyata keçirilən bu layihə istiqamətində universitetlərlə imzalanmış əməkdaşlıq müqavilələrini xatırladaraq, qısa zamanda ölkə üzrə bütün tələbələr üçün kartların hazırlandığını, həmin kartların tez bir vaxtda paylanılacağını diqqətə çatdırıb. BMU-nun kartların paylanıldığı ilk universitetlərdən biri olduğunu önə çəkən Fond sədri tələbələrə hazırda güzəştin tətbiq olunduğu və gələcək üçün nəzərdə tutulan xidmət sahələrini sadalayaraq, imtiyazlarda məqsədin tələbə məmnuniyyəti yaratmaq, gənclərin tələbəlik həyatını asanlaşdırmaq, sosial rifahına dəstək göstərmək olduğunu deyib. Əlavə edilib ki, irəli mərhələdə vahid tələbə kartlarından peşə və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar, növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşların da faydalanması üçün işlər aparılır. 

Sonra universitetə yüksək balla qəbul olan I kurs tələbələrinin bir qisminə  “TələbəPlus” kartları təqdim edilib.
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Noyabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri