Icma.az
close
up
RU
Azərbaycanda ilk “TələbəPlus” kartları BDU tələbələrinə təqdim edildi AZƏRTAC

Azərbaycanda ilk “TələbəPlus” kartları BDU tələbələrinə təqdim edildi AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “TələbəPlus” kartlarının təqdimetmə mərasimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Tələbə Plus” kartları ilk dəfə olaraq bu universitetin 14 tələbəsinə təqdim olunub.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev vurğulayıb ki, Təhsilin İnkişafı Fondunun reallaşdırdığı bu layihə gənclərin təhsil həyatında önəmli rol oynayacaq: “Təhsilin İnkişafı Fondu yarandığı gündən tələbəyönümlü müxtəlif layihələr həyata keçirir. “TələbəPlus” kartlarının verilməsi də bu uğurlu layihələrdən biridir. Ali təhsil müəssisələri yaradılan imkandan kifayət qədər bəhrələnəcək. Bu kartlar tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcək. Tələbələr təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklər”.

Rektor “TələbəPlus” kartlarının ilk dəfə olaraq BDU tələbələrinə verilməsinin rəmzi mənası olduğunu diqqətə çatdırıb. BDU ölkənin ən böyük və qədim ali təhsil müəssisəsi kimi ən çox tələbə kontingentinə malikdir. BDU müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzunu olduğu ali məktəbdir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” kartlarının ilk istifadəçiləri olan BDU tələbələrini təbrik edib. O bildirib ki, bir ildən artıq üzərində çalışdıqları layihə artıq reallaşıb: “BDU tələbələri “TələbəPlus” kartlarının ilk istifadəçiləri olacaqlar. Təhsilin İnkişafı Fondu daim dövlət-özəl tərəfdaşlığı, universitet-sənaye işbirliyinə xüsusi önəm verib. Təhsil sahəsində aparılan islahatlar ölkədə ali təhsili əlçatan edib. Bu il ali təhsil alanların sayı 250 min nəfər olub. Bunu nəzərə alaraq, 250 min tələbə üçün tələbə kartları gətiriləcək. Növbəti mərhələdə bu, peşə və orta ixtisas təhsilinə də şamil ediləcək. Növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşlar da layihədən faydalana biləcəklər”.

Fondun İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, indiyədək 200-dən artıq şirkətdə - pərakəndə satış, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazlar, endirimlər edilməsinə nail olunub. Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, mədəniyyət obyektləri, muzeylər və sərgi salonlarında da güzəştlər tətbiq ediləcək. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlər “TələbəPlus”a qoşulacaq.

“Kapital Bank”ın Korporativ satışlar departamentinin direktoru Qara Əbdülrəhmanov, ”Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyev, “Tələbə Plus” kartına layiq görülən hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi Məhəmməd Qasımov çıxışlarında kartın üstünlükləri və tələbələrə maksimum imkanlar yaradacağını qeyd ediblər.

Tədbirin sonunda qəbul imtahanlarında ən yüksək bal toplayaraq BDU-ya qəbul olan 14 nəfər I kurs tələbəsinə “TələbəPlus” kartı təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2024 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri