BMU tələbəsi “FPV Drone Azərbaycan” turnirində gümüş medal qazanıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 19 may, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) kompüter elmləri ixtisası üzrə I kurs tələbəsi Ömər Davudov “First Person View (FPV) Drone Azərbaycan” respublika turnirində uğurlu çıxışı ilə fərqlənib.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Elm və Təhsil, həmçinin Gənclər və İdman nazirliklərinin dəstəyi və STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə keçirilən yarışda ölkənin müxtəlif regionlarından 40 iştirakçı mübarizə aparıb.
BMU tələbəsi turnirin ən gərgin və rəqabətli fərdi yarış kateqoriyasında yüksək pilotaj bacarığı nümayiş etdirərək respublika ikincisi olub və gümüş medala layiq görülüb.
“SkyMath” adı ilə fərdi iştirak edən Ömər Davudov FPV eynəkləri və məsafədən idarəetmə pultu vasitəsilə mürəkkəb maneələr zolağını minimal vaxt fərqi və yüksək dəqiqliklə tamamlayıb. Onun mühəndislik düşüncəsi, sürətli reaksiyası və innovativ texnologiyalar sahəsində nümayiş etdirdiyi bacarıq münsiflər heyəti və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Ömər Davudov BMU Texnoparkındakı layihələrin aktiv iştirakçısıdır, mentorluq sessiyalarında fəallığı ilə seçilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 May 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















