Icma.az
close
up
RU
BMU tələbəsi Beynəlxalq Kimya Olimpiadasında gümüş medal qazanıb

BMU tələbəsi Beynəlxalq Kimya Olimpiadasında gümüş medal qazanıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri - Məhəmməd Cavadzadə, Əli Mehtizadə, İsmayıl Əhmədov və Nihad Qasımov Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən IV Beynəlxalq Kimya Olimpiadasında (IChO) uğurla çıxış ediblər.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Rusiya, Çin, İran, Yaponiya, Rumıniya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, ümumilikdə 13 ölkədən 40-dan artıq nüfuzlu universitet, 300-dən artıq tələbənin iştirak etdiyi yarışmada BMU-nun “Kimya mühəndisliyi” ixtisasının III kurs tələbəsi Məhəmməd Cavadzadə gümüş medala layiq görülüb.

Beynəlxalq Kimya Olimpiadası istedadlı gənclərin bilik və bacarıqlarını nümayiş etdirdiyi, eləcə də elmi potensialın inkişafına töhfə verən önəmli yarışlardan biridir. BMU tələbələrinin olimpiadada uğurla çıxış etməsi və II yeri tutması ali təhsil ocağında elmi hazırlığın yüksək səviyyəsini, tələbələrin peşəkar inkişafına göstərilən dəstəyi bir daha təsdiqləyir.

Tədbir çərçivəsində dostluq və mədəni əməkdaşlıq ruhunda maraqlı proqram da təqdim olunub. Türkmənistanlı tələbələrin ifasında nümayiş etdirilən milli Azərbaycan rəqsləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see668

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see320

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see293

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see277

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see256

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see228

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see206

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see189

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see180

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see177

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see177

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see163

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see163

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see161

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see159

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see155

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see155

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri