Icma.az
close
up
RU
BMU və Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlar aparacaq AZƏRTAC

BMU və Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlar aparacaq AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Xırdalan, 20 noyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri Universitetinin (BƏƏU) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. Qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev Birləşmiş Ərəb Əmirliklərinin tanınmış universiteti ilə qurulmaqda olan münasibətlərdən məmnunluğunu ifadə edib və nümayəndə heyətinə rəhbəri olduğu təhsil ocağının strukturu, müasir laboratoriyaları, elmi-tədqiqat imkanları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Rektor universitetin son illərdə qazandığı uğurlardan danışıb, “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in yeni açıqlanan nəticələrini və BMU-nun bu reytinqdə Azərbaycan üzrə dördüncü yerə sahib olduğunu diqqətə çatdırıb.

Yaqub Piriyev BMU və BƏƏU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 3 istiqaməti -“Təmiz su və sanitariya”, “Sərfəli və təmiz enerji”, “İqlim dəyişikliyinə qarşı mübarizə” üzrə birgə tədqiqatlar aparacağını xüsusilə qeyd edib. Vurğulayıb ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal ekoloji böhranlara qarşı mübarizəyə ən aktiv qoşulan dövlətlərdən biridir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub və bu yöndə ölkəmizdə mühüm tədbirlər gerçəkləşdirilir. Hazırda Bakıda COP29-un keçirildiyini önə çəkən rektor BMU-nun BƏƏU ilə aparacağı birgə tədqiqatların iqlim dəyişikliyi ilə mübarizəyə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətə töhfə vermək məqsədi daşıdığını bildirib.

Nümayəndə heyəti adından çıxış edən BƏƏU-nun prorektoru Ahmed Ali Alraeesi BMU-ya səfərlərinin COP29 tədbiri ilə eyni vaxta təsadüf etdiyini və bu mötəbər sessiyanın yüksək səviyyədə təşkil olunduğunu deyib. O, BMU ilə yaranan əməkdaşlığı, bu məqsədlə aparılan müzakirələrin nəticəsi olaraq gerçəkləşdiriləcək layihələri müsbət qiymətləndirib. BƏƏU haqqında məlumat verən prorektor universitetin 1976-cı ildə yaradıldığını, burada 70-dən çox ixtisas üzrə tədris aparıldığını, 160-dan artıq laboratoriyanın, 12 tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, həmçinin ali məktəbin 80 mindən çox məzununun olduğunu söyləyib. Qeyd edib ki, elmi sahədə də ciddi uğurları olan universitet dünya reytinq sıralamasında 261-ci yerdə qərarlaşır.

Gələcək əməkdaşlıq sahələrinin geniş müzakirəsi ilə davam edən görüşdə iki universitetin Dayanıqlı İnkişaf Məqsədlərinin 3 istiqaməti üzrə 4 mövzuda birgə tədqiqatlar aparılacağı vurğulanıb. Tədqiqatlarda hər iki universitetin 4 müəllim və 8 tələbəsi iştirak edəcək.

Bundan başqa, BMU tələbələrinin BƏƏU-ya səfərinin təşkili, müəllim-tələbə mübadiləsinin gerçəkləşdirilməsi, kimya mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı ilə bağlı əməkdaşlıq da nəzərdən keçirilib.

Görüşdən sonra BƏƏU-nun nümayəndə heyəti BMU-nun dekan və kafedra müdirləri ilə bir araya gələrək başlanılacaq elmi tədqiqatların detalları barədə fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see246

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see187

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see176

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see156

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see121

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri