Icma.az
close
up
RU
BMU Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə elmi tədqiqatlara başlayır FOTOLAR

BMU Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə elmi tədqiqatlara başlayır FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ərəb Əmirlikləri Universitetinin (BƏƏU) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. 

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a bildirilib ki, qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev Birləşmiş Ərəb Əmirliklərinin tanınmış universiteti ilə qurulmaqda olan münasibətlərdən məmnunluğunu ifadə edib və nümayəndə heyətinə rəhbəri olduğu təhsil ocağının strukturu, müasir laboratoriyaları, elmi-tədqiqat imkanları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Rektor universitetin son illərdə qazandığı uğurlardan danışaraq, “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in yeni açıqlanan  nəticələrini və BMU-nun bu reytinqdə Azərbaycan üzrə dördüncü yerə sahib olduğunu diqqətə çatdırıb.

Yaqub Piriyev BMU və BƏƏU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 3  istiqaməti-“Təmiz su və sanitariya”, “Sərfəli və təmiz enerji”, “İqlim dəyişikliyinə qarşı mübarizə” üzrə birgə tədqiqatlar aparacağını xüsusilə qeyd edib. Vurğulayıb ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla, qlobal ekoloji böhranlara qarşı mübarizəyə ən aktiv qoşulan dövlətlərdən biridir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub və bu yöndə ölkəmizdə mühüm tədbirlər gerçəkləşdirilir. Hazırda Bakıda COP29-un keçirildiyini önə çəkən rektor BMU-nun BƏƏU ilə aparacağı birgə tədqiqatların iqlim dəyişikliyi ilə mübarizəyə,  o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətə töhfə vermək məqsədi daşıdığını bildirib.

Nümayəndə heyəti adından çıxış edən BƏƏU-nun prorektoru Ahmed Ali Alraeesi BMU-ya səfərlərinin COP29 tədbiri ilə eyni vaxta təsadüf etdiyini önə çəkib və bu mötəbər sessiyanın yüksək səviyyədə təşkil olunduğunu deyib. O, BMU ilə yaranan əməkdaşlığı, bu məqsədlə aparılan müzakirələrin nəticəsi olaraq gerçəkləşdiriləcək layihələri müsbət qiymətləndirib. BƏƏU haqqında məlumat verən prorektor universitetin 1976-cı ildə yaradıldığını, burada 70-dən çox ixtisas üzrə tədris aparıldığını, 160-dan artıq laboratoriyanın,  12 tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, həmçinin ali məktəbin 80 mindən çox məzununun olduğunu söyləyib. Elmi sahədə də ciddi uğurları olan universitet dünya reytinq sıralamasında 261-ci yerdə qərarlaşır.

Gələcək əməkdaşlıq sahələrinin geniş müzakirəsi ilə davam edən görüşdə iki universitetin Dayanıqlı İnkişaf Məqsədlərinin 3 istiqaməti üzrə 4 mövzuda (yüksək elektrik sahə və qaz boşalmaları əsasında su mühitlərinin zərərsizləşdirilməsinin innovativ üsullarlarının işlənilməsi, su səthinə dağılmış neft təbəqələrini lokallaşdırmaq üçün ekoloji təmiz ion-maye səthi-aktiv maddələrin alınması və xarakteristikası, istixana qazı emissiyalarının azaldılmasında enerji səmərəliliyinin rolu, o cümlədən İqlim Fəaliyyəti və İqtisadi İnkişaf: Davamlı Balansın Yaradılması) birgə elmi tədqiqatlar aparılacağı vurğulanıb. Bu tədqiqatlarda hər iki universitetin  4 müəllim və 8 tələbəsi iştirak edəcək.

Bundan başqa, BMU tələbələrinin BƏƏU-ya səfərinin təşkili, müəllim-tələbə mübadiləsinin gerçəkləşdirilməsi, “Kimya mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramı ilə bağlı əməkdaşlıq da nəzərdən keçirilib.

Görüşdən sonra BƏƏU-nun nümayəndə heyəti BMU-nun dekan və kafedra müdirləri ilə bir araya gələrək başlanılacaq elmi tədqiqatların detalları barədə fikir mübadiləsi aparıblar. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri