Icma.az
close
up
RU
BMUda tələbələr üçün Zəfər tariximizlə bağlı xüsusi mühazirələr təşkil olunub FOTOLAR

BMUda tələbələr üçün Zəfər tariximizlə bağlı xüsusi mühazirələr təşkil olunub FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Bakı Mühəndislik Universitetində  (BMU) Ümumi fənnlər kafedrası tərəfindən universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələr üçün 8 Noyabr-Zəfər Günü ilə bağlı xüsusi mühazirələr təşkil olunub.

"Unikal" xəbər verir ki, mühazirələrdə, həmçinin bu aya təsadüf edən 9 noyabr  Bayraq,  12 noyabr Konstitusiya, 17 noyabr Milli Dirçəliş günlərindən də bəhs edilib.

Mühazirələrdə kafedranın müdiri Hümeyrə Mustafayeva noyabr ayının müxtəlif tarixi proseslərlə zəngin olduğunu, həmin hadisələrin təqvimə bayram kimi düşdüyünü və xalqımızın yaddaşına əbədilik həkk edildiyini vurğulayaraq, həm Azərbaycanın müstəqillik dövrünün parlaq səhifələri, həm də Qarabağ və Şərqi Zəngəzurun  Ermənistan işğalından qurtarılması ilə xalqımızın tarixə yazdığı möhtəşəm Zəfər haqqında ətraflı məlumat verib. Bildirib ki, milli kimliyini dərk etmək, müstəqillik qazanmaq, milli bayrağa sahib olmaq,  öz qanunları ilə idarə olunan dövlət Konstitusiyasını yaratmaq, suverenliyini qorumaq, nəhayət işğal altındakı torpaqları azad etmək xalqımızın misilsiz nailiyyəti, əvəzsiz qazancıdır. H.Mustafayeva yaxın tariximizin xronologiyasını xatırladaraq, Ulu öndər Heydər Əliyevin və  onun layiqli davamçısı Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın güclü bir dövlətə çevrildiyini xüsusi vurğulayıb. Bütün qələbələrdə eləcə də gəncliyin roluna diqqət çəkən kafedra müdiri onların vətənpərvərliyi, təəssübkeşliyi və cəsurluğunun qürurverici olduğunu deyib. Habelə tələbələri Azərbaycanın tarixini yaxşı bilməyə, onu təbliğ etməyə, ölkəmizi hər zaman sevməyə və xaricdə layiqincə tanıtmağa çağırıb.

Kafedranın professoru Abbas Seyidov və baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev isə mühazirələr zamanı tələbələrə xalqımızın milli dirçəlişi, müstəqillik aktının imzalanması, milli atrubutların, habelə yeni Konstitusiyanın qəbul edilməsi və nəhayət 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən ayrı-ayrılıqda qürurla bəhs ediblər. Qeyd olunub ki, tariximizin bu səhifələri bir-biri ilə sıx bağlılıq təşkil edir və siyasi, iqtisadi müstəqilliyimiz üçün çıxdığımız  bu yol çətin, məşəqqətli olsa da, sonu Zəfərlə bitib. Torpaqlarımızın azadlığa qovuşması, terrorçulardan təmizlənməsi ilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası isə möhtəşəm Zəfərlərimizin daha təntənəli nidası oldu.

Mühazirələr tələbələr tərəfindən maraqla qarşılanıb. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Noyabr 2024 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri