Icma.az
close
up
RU
BMUda Zəfər Günü təntənəli qeyd olunub FOTO

BMUda Zəfər Günü təntənəli qeyd olunub FOTO

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyasının Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə universitetin rəhbərliyi, müəllim-tələbə heyəti, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və rəsmi şəxslər iştirak ediblər. 

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub,  Dövlət Himninin səsləndirilməsindən sonra “Zəfər tarixi” adlı videoçarx nümayiş etdirilib.

Açılış nitqində BMU-nun rektoru Yaqub Piriyev Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu Qələbəni bizə yaşadan şəhidlərin qəlbimizdə əbədi yaşayacağını bildirib. Rektor Azərbaycanın 4 il öncə qazandığı parlaq Qələbə nəticəsində regionda erməni faşizminə son qoyulduğunu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgədə və dünyada yeni reallıq yaratdığını və bu reallıqla indi hamının hesablaşdığını diqqətə çatdırıb. Vurğulayıb ki, həm 44 günlük müharibədə, həm də antiterror əməliyyatları zamanı yüksək dövlət əxlaqı və əsgər ləyaqəti nümayiş etdirən Azərbaycan bu gün regionda sülhün, təhlükəsizliyin və inkişafın əsas qarantıdır. İşğaldan azad olunmuş torpaqlarımızda tikinti-quruculuq və Böyük Qayıdış prosesinin başlandığını deyən Yaqub Piriyev Qarabağ və Şərqi Zəngəzurun sürətli dirçəlişini, məcburi köçkünlərin uzun həsrətdən sonra öz doğma yurd-yuvalarına qayıdışını görməyin hamı üçün qürurverici olduğunu sözlərinə əlavə edib. 

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Rizvan Nəbiyev II Qarabağ müharibəsini, Ermənistan üzərində qazandığımız qələbəni yaxın tariximizin ən əzəmətli səhifəsi adlandırıb. Düşmənlə savaşda qələbəyə aparan faktorlar sırasında Prezident İlham Əliyevin siyasi iradəsini, əsgərin gücünü, hərbi-sənaye kompleksinin imkanlarını, illərlə aparılan diplomatik fəaliyyəti qeyd edən millət vəkili Xalq-Ordu-Lider birliyinin Zəfərdəki əhəmiyyətinə xüsusilə toxunub.   

Sonra şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova xalqımızın Zəfərini 30 illik mübarizənin, 44 günlük müharibənin deyil, məhz əsrlərin Qələbəsi kimi xarakterizə edib. Bildirib ki, adını tarixə şərəfli xalq və dövlət kimi yazan Azərbaycanın bu Qələbəsi milli kimliyimizin unutdurulması üçün əsrlərlə aparılan təbliğata, torpaqlarımızı zaman-zaman bizdən qoparan ideologiyalara verilən tutarlı cavabdır. Şəhid anası Vətən torpaqları uğrunda canından keçməyi böyük fədakarlıq adlandıraraq, bütün şəhidlərin ölümsüzlük zirvəsinə ucaldığını deyib.   

Təntənəli Zəfərin dövlətimizin iqtisadi və siyasi gücü, düzgün qərarları, Milli Ordunun peşəkarlığı ilə əldə olunduğunu deyən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev isə çıxışında öz torpaqlarını düşmən tapdağından xilas edən vətən övladlarının qəhrəmanlığının hafizələrdən heç vaxt silinməyəcəyini, Azərbaycanın gücünü isbatlayan bu hərbi uğurun əbədi Zəfər kimi qalacağını bildirib.  

Bayram tədbiri universitetin Bədii yaradıcılıq bölməsinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri