Icma.az
close
up
RU
BMW nin elektromobil satışlarının illik artım tempi ümumi satışlardan iki dəfə çoxdur

BMW nin elektromobil satışlarının illik artım tempi ümumi satışlardan iki dəfə çoxdur

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

BMW-nin Avropada elektromobil satışlarının illik artım tempi ümumi satışlardan iki dəfə çoxdur.

Banco.az xəbər verir ki, BMW-nin 2025-ci ilin birinci rübündəki mənfəəti Çindən gələn zəif tələbat və ABŞ-ın tətbiq edə biləcəyi tariflərin yaratdığı təhdidə baxmayaraq, “Avropada elektrikli avtomobil satışlarının” artması sayəsində gözləniləndən daha az azalıb.

Şirkət faiz və vergi öncəsi gəlirinin ötən illə müqayisədə 23 faiz azalaraq 3,14 milyard avroya düşdüyünü açıqlayıb.

BMW-nin avtomobil istehsalından əldə etdiyi mənfəət marjası isə 6,9 faizlə analitiklərin gözləntilərini üstələyib. Bloomberg analitiklərinin proqnozu 5,8 faiz səviyyəsində idi.

BMW-nin səhmləri erkən ticarətdə 3,7 faizə qədər yüksəlsə də, son bir ildə ümumilikdə 25 faiz dəyər itirib.

Elektrikli avtomobil satışları 64 faiz artıb

BMW-nin Avropada elektrikli avtomobil satışları illik 64 faiz, ümumi satışları isə 32 faiz artıb. Bu artımın əsas səbəblərindən biri olaraq Elon Maskın ABŞ Prezidenti Donald Trampla birlikdə görünməsi nəticəsində istehlakçılar arasında Tesla-ya qarşı istəksizliyin yaranması göstərilir.

Trampın açıqladığı tariflərin şirkətin mənfəətləri üçün təhdid olduğu düşünülməsinə baxmayaraq, BMW ilin sonuna dair maliyyə proqnozunu dəyişməyib, lakin ticari qeyri-müəyyənliyin artdığını etiraf edib.

Şirkətin baş direktoru Oliver Zipse mart ayında verdiyi açıqlamada ABŞ-ın Meksika, Kanada və Çindən edilən idxala tətbiq etdiyi tariflərin BMW-yə bu il təxminən 1 milyard avroya başa gələcəyini bildirib.

​Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://banco.az
archiveBu xəbər 07 May 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri