Icma.az
close
up
RU
Azərbaycanın sosial xərcləri Ermənistanın ümumi büdcəsindən çoxdur

Azərbaycanın sosial xərcləri Ermənistanın ümumi büdcəsindən çoxdur

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Dövlət sosial müdafiə fondunun büdcəsi layihəsi bir daha təsdiq edir ki, gələn ildə də sosial təminat tədbirləri davamlı olaraq gücləndiriləcək.

Modern.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Fondun 8 milyard 483 milyon manatlıq xərclərin  8 milyard 196 milyon manatı məhz əhaliyə ödənişlər üzrə xərclərdir:

"Əmək pensiyalarının ödənilməsinə isə 7 milyard 992 milyon manat ayrılacaq. Bu o deməkdir ki, fondun xərclərinin 94.0 faizindən çoxu məhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci il ilə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10 faiz artırılacaq. Bu isə pensiyaçıların sosial təminatının gücləndirilməsinin gələn ildə də diqqət mərkəzində olacağı deməkdir.

Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar təxminən 9.2 faiz artırılacaq.

Bir sıra marjinal siyasi qruplar qərəzli şəkildə Azərbaycanın sosial göstəricilərini qonşu dövlətlər ilə müqayisə etməyə çalışaraq yanlış fikirlər formalaşmağa çalışırlar. Gələn il Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin məbləği Ermənistanın büdcəsinin ümumi xərclərindən daha çoxdur. 2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri Ermənistanın 2.4 milyard dollarlıq sosial ayırmalarından 4.2 dəfə yaxın, Gürcüstanın 2.6 milyard dollarlıq sosial xərclərindən 3.8 dəfə çoxdur. Əgər, Azərbaycan büdcəsinin yalnız sosial xərcləri bir ölkənin ümumi büdcəsindən daha çoxdursa, o zaman hansı müqayisədən söhbət gedə bilər?

Sənəddə də qeyd olunduğu kimi, gələn il Dövlət sosial müdafiə fondunun gəlirləri 8 milyard 323 milyon manat olacaq. 1.7 milyard manat Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait kimi nəzərdə tutulub. Bu o deməkdir ki, fondun gəlirlərinin 20 faizdən çoxu dövlət büdcəsi tərəfindən maliyyələşəcək. Bu nisbətən 2025-ci il üçün fondun təsdiq olunmuş büdcəsi ilə, demək olar, eynidir.

İşsizlikdən sığorta fondunun 2026-cı il xərcləri 266.4 milyon manat olacaq ki, onun da 77.0 milyon manatı, yəni 30 faizə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri 28.0 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10.5 faizi deməkdir. Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək".

Deputat bir sıra təkliflərlə çıxış edib:

"Bu baxımdan aşağıdakı məsələlərin nəzərə alınmasını təklif edərdim:
DSMF-in dövlət büdcəsindən aşlılığın daha da azaldılması üçün yığım potensialının artırılması ilə bağlı işlərin daha sistemləşdirilməsi və bununla bağlı konkret tədbirlər planının hazırlanması;
İşsizlikdən sığorta fondunun büdcə layihəsi təqdim edilən zaman aktiv sosial proqramlara yönəldilən vəsaitlərin səmərəliliyi ilə bağlı ayrıca arayış da təqdim olunsun. Xüsusən də, özünəməşğulluq proqramının nəticələrinin mütəmadi dövrlər üzrə qiymətləndirilməsi məqsədəuyğundur;
İşsizlikdən sığorta fondunun vəsaitlərindən sığorta məqsədi ilə daha çox istifadə olunması üçün bu sığortadan istifadə qaydalarına yenidən baxılsın və meyarların sayı artırılsın;
İşsizlikdən sığorta fondunun büdcəsində saxlama xərclərinin maksimum həddi müəyyənləşdirilsin və xərclərin optimallaşadırılması həyata keçirilsin".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see466

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see302

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see190

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see186

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see137

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see128

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri