BMW sürücüləri yol hərəkəti qaydalarını ən çox pozanlar arasında birincidir
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Autoblog tərəfindən aparılan araşdırmaya görə, BMW sürücüləri yol hərəkəti qaydalarını ən çox pozan sürücülər arasında ilk yerdə qərarlaşıb.
Bizim.Media xəbər verir ki, araşdırma 30 məşhur avtomobil markasının sürücülərini əhatə edib.
Qiymətləndirmə zamanı yol-nəqliyyat hadisələri, sürət həddinin aşılması, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi və digər yol hərəkəti qaydalarının pozulması halları nəzərə alınıb.
Nəticələrə əsasən, BMW sürücüləri hər min nəfərə 44,9 insident göstəricisi ilə ilk sırada yer alıb. Sonrakı yerləri RAM (44,7) və Tesla (42,8) sürücüləri tutub.
Araşdırma müəllifləri bildirirlər ki, yüksək gücə malik avtomobillər, sürətli sürətlənmə və bəzi markaların formalaşdırdığı imic daha aqressiv idarəetmə tərzinə meylli sürücüləri cəlb edə bilər. Bununla belə, onlar avtomobil markasının özlüyündə sürücünün davranışını müəyyən etmədiyini də vurğulayıblar.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 19 İyul 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















