Icma.az
close
up
RU
Rəqabət qaydalarını pozanlar: ən çox hansı sahələrdən müraciətlər olunub?

Rəqabət qaydalarını pozanlar: ən çox hansı sahələrdən müraciətlər olunub?

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsi əsasında rəqabət problemlərinə dair effektiv tənzimləmə mexanizmlərinin tətbiqi, bazarlarda rəqabətli mühitin təmin edilməsi ilə azad sahibkarlığın təşviqi və iqtisadi səmərəliliyin artırılmasına yönələn tədbirlər davam etdirilir.

Modern.az xəbər verir ki, rəqabət intizamının qorunması və inhisarçı davranışlarla mübarizə istiqamətində cari ilin on bir ayı ərzində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə Dövlət Xidməti tərəfindən ümumilikdə 153 müraciətə baxılıb, onlardan 89-u təmin olunub. Baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədək artım müşahidə olunub.

Bundan əlavə, müvafiq dövr ərzində iqtisadi təmərküzləşmə əməliyyatları üzrə  72 müraciətə baxılıb ki, bu da 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 3 dəfəyədək artım deməkdir.  Baxılmış müraciətlərdən 40-ı təmin olunub. Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmış digər müraciətlərin sayı isə 52 olub və onlardan 32-si təmin edilib.

Ötən dövrdə Dövlət Xidməti tərəfindən haqsız rəqabət, bazar subyektinin mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönələn, bununla da rəqiblərinə zərər vura bilən hərəkətlərinin qarşısının alınması istiqamətində tənzimləyici tədbirlər həyata keçirilib.

Bu ilin yanvar-noyabr ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış müraciətlər üzrə ötən illə müqayisədə 29,4% artım qeydə alınıb. Belə ki, baxılmış 110 müraciətin 59-u təmin olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə təmin olunma səviyyəsində 44% artım müşahidə edilib. Mal və xidmətlərdən istifadə edərkən istehlakçı seçimlərini stimullaşdıran reklam fəaliyyəti üzrə həyata keçirilən tədbirlər çərçivəsində alkoqollu içkilər, ət məhsulları, tütün və tütün məmulatları, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsulları, nəqliyyat vasitələri, bank, kredit, təhsil, logistika, karqo və ictimai iaşə xidmətləri sahəsində ümumilikdə 29 bazar subyekti tərəfindən reklam qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib. Aşkar edilən pozuntular görülmüş tədbirlər nəticəsində könüllü aradan qaldırılıb.

Analoji dövrdə Dövlət Xidmətində pozuntu hallarının qarşısının alınması və rəqabət tənzimləmələri istiqamətində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə 149 müraciətə baxılıb, 106 qanunamüvafiq izahat verilib, 26 müraciət təmin olunub. Digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlər zamanı görülmüş tədbirlər nəticəsində 26 bazar subyekti tərəfindən neqativ hallar könüllü aradan qaldırılıb.

Cari ilin yanvar-noyabr ayları ərzində müştərilər və biznes subyektlərinin qanuni mənafelərinə mənfi təsir göstərə bilən davranışlarının qarşısının alınması və aradan qaldırılması, şəffaf və rəqabətə əsaslanan münasibətlərin gücləndirilməsi istiqamətində Dövlət Xidməti tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri həyata keçirilib.

Analoji dövrdə təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılmış müraciətlər üzrə 36,5% artım qeydə alınıb. Belə ki, baxılmış 1275 müraciətin 354-ü təmin olunub. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə təmin olunmuş müraciətlərin sayı 63,1% artıb. Bundan əlavə, sözügedən sahə üzrə 615 qanunamüvafiq izahat və tövsiyə verilib, 42-si baxılması üçün aidiyyəti orqana göndərilib, 126 halda rəy və təklif verilib, 3 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub, 2 halda zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb, 1 halda müraciət işə alınıb, 132 müraciət üzrə isə araşdırmalar davam etdirilir. Qeyd edək ki, vətəndaşlardan daxil olan müraciətlər kommunal, hava yolu nəqliyyatı, dəmir yolu nəqliyyatı, suvarma (meliorasiya və irriqasiya), poçt xidmətləri və digər sahələri əhatə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri