“Bodo Qlimt”in oyununda bədbəxt hadisə Tribuna çökdü
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Norveç çempionatının 26-cı turunda keçirilən “Tromsö” - “Budö-Qlimt” matçı (0:2) zamanı bədbəxt hadisə baş verib.
QOL.az xəbər verir ki, bu barədə Norveçin VG nəşri məlumat yayıb.
Qarşılaşma zamanı qonaq komandanın azarkeşlərinin yerləşdiyi tribunanın bir hissəsi çöküb. Nəticədə 25 yaşlı azarkeşin qabırğası sınıb və o, xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı polis araşdırmalara başlayıb. Əvvəlcə zərərçəkənlər, daha sonra isə “Tromsö” klubunun rəhbərliyi dindiriləcək. Həmçinin stadionun tribunalarında hadisədən əvvəl aparılan yoxlamalara dair sənədlər araşdırılacaq.
Klubun hüquqi məsuliyyətə cəlb olunması da istisna edilmir.
Qeyd edək ki, hadisədən bir həftə əvvəl Norveç Futbol Federasiyası (NFF) yüksək liqa klublarından stadionların, xüsusilə azarkeş sektorlarının təhlükəsizliyini yoxlamağı tələb etmişdi. “Tromsö” isə müvafiq yoxlamanın aparıldığını bildirmişdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 09 Noyabr 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















