Bodo Qlimtin qolunun müəllifi: Karyeramın ən pis gecələrindən birini yaşadım
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Məğlubiyyətə görə çox təəssüflənirəm. Məncə bizim komanda daha yaxşı oynamağa qadirdir". Sport24.az xəbər verir ki, bunu "Bodo Qlimt"in kapitanı Patrik Berq Norveç mətbuatına açıqlamasında deyib.
"Bodo Qlimt"in yeganə qolunun müəllifi hesab 1:1 olarkən ələ düşən fürsətlərdən istifadə edə bimədiklərini vurğulayıb: "Karyeramın ən pis gecələrindən birini yaşadım. Biz həlledici anlarda son ötürməni edə bilmədik. Məqsədimiz topa nəzarət və rəqibi daha çox qaçmağa məcbur etmək idi. Amma biz bu işin öhdəsindən çox pis gəldik. Nəticədə rəqibə oynamaq imkanlar yaratdıq. Bu oyundan nəticə çıxarıb yolumuza davam etməliyik".
Qeyd edək ki, ötən gün baş tutan "Bodo Qlimt" - "Qarabağ" matçı 1:2 hesabı ilə başa çatıb.
Baxış sayı:77
Bu xəbər 08 Noyabr 2024 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















