Icma.az
close
up
RU
“Karyeramın ən yaxşı dönəmindəyəm”

“Karyeramın ən yaxşı dönəmindəyəm”

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Qalatasaray”ın heyətində sərgilədiyi oyunla ən böyük arzusuna çatan və Braziliya yığmasına dəvət alan Qabriel Sara Braziliyanın “Qlobo” nəşrinə diqqətçəkən açıqlamalar verib.

Bu mövsüm İstanbul nəhəngində 42 rəsmi oyunda 6 qol, 5 məhsuldar ötürməlik performans sərgiləyən 26 yaşlı yarımmüdafiəçi Braziliyanın mundial üçün açıqlanan 55 nəfərlik geniş siyahısında yer alıb. Amma onun yekun siyahıya düşüb-düşməyəcəyi bilinmir. Türkiyədə ikinci mövsümünü başa vurmaq üzrə olan və artıq üç titul qazanan Sara bunları deyib:

“Son turdan öncə əslində üzərimizdə təzyiq hiss edirdik. Derbidəki qələbədən sonra 1:4 uduzduq. Elə son matçda da 1:2 uduzurduq. Yəni əslində təhlükəli bir durum idi. Amma vəziyyəti xeyrimizə dəyişə bildik. Bizim üçün unudulmaz bir gecə oldu. Türkiyədə 2-ci çempionluğumu, 3-cü titulumu qazandım. Fanatlarımıza 2000-ci ildən bəri ilk dəfə ardıcıl 4 çempionluq yaşatdıq. Final fitindən sonrakı atmosfer, sadəcə, möhtəşəm idi. Bu atmosferi dünyanın heç yerində görməmişdim. İnsanlar meydana axın etdilər. O gündən bəri indiyə qədər də qələbəni qeyd edirlər. Rəsmi çempionluq tədbiri hələ baş tutmayıb. Üstüaçıq avtobusla şəhərdə fanatlarımızla yola çıxacağıq və stadiona yollanacağıq. Yığmada oynamaqla uşaqlıq arzuma çatdım. Fransaya qarşı yoxlama matçında debüt etdim. Uduzduğumuz üçün oyundan sonra çox əsəbləşdim. Amma sonra oteldə hirsim soyudu və nələr olduğunu anlamağa başladım. Şəkillərimi və videolarımı görəndən sonra “aman tanrım, mən həqiqətən də yığmada oynadım”, - deyə düşündüm. Braziliya yığmasına dəvət almaq ritualı bir futbolçunun yaşayacağı ən gərgin anlardan biridi. Orda insanları məmnun etmək çox çətin, amma eyni zamanda əyləncəlidi. Məğlubiyyətə nifrət etdiyimdən, adətən, uduzduğumuz oyunlardan sonra özümə qapanıram. Fransa ilə matçda cəmi 10 dəqiqə oynasam da, sonradan “nəyi daha yaxşı edə bilərdim”, - deyə düşünməyə başladım. Ançelotti ilə oyundan sonra söhbət etdik. Mənim oyuna necə daxil olduğumu bəyəndiyini söylədi. Ciddi itkilərimiz var idi. Fransa isə tam heyətlə oynadı. Xorvatiyaya qarşı sonrakı matçda daha yaxşı təsir bağışladıq. Mən hər şeydən öncə Braziliya yığmasının heyranıyam. Bu formanı qürurla geyirəm. Dəfələrlə yığmanın formasında məşqlərə çıxmışam və səyahətlərə yollanmışam. Hətta bu gün də yığmanın oyununu izləyə bilmək üçün gecəyarısı oyanıram. DÇ-yə yollanacaq heyətdə olmağı çox istərdim. Bu mövzu böyük gözlənti və həyəcan yaradır. Həyəcanı boğmaq üçün bu haqda düşünməməyə, sadəcə, hər gün həyatımı yaşamağa çalışıram. DÇ-də oynamaq hər futbolçunun arzusudu. Mənim isə uşaqlıq arzumdu. Bütün mövsüm bu arzunu düşünərək üzərimdə çalışdım. Baş məşqçi kimi layiq bilirsə, onu da çağıracaq. Heyətdə olsam, təbii ki, əlimdən gələni edəcəm. Heyətdə olmasam, həmişəki kimi Braziliyanı kənardan dəstəkləyəcəm. Karyeramboyu bir çox fərqli mövqedə oynamışam. Fikrimcə, peşəkar olandan bəri yalnız qapıçı, mərkəz müdafiəçisi və mərkəz hücumçusu mövqeyində oynamamışam. Həmişə komandama yardım etməyə çalışıram. Cinah müdafiəçisi kimi məndən müdafiə olunmaq tələb olunursa, oyunboyu müdafiə olunuram. Fikrimcə, bu universallığım yığma komandaya da faydalı ola bilər. “6”, “8”, “10” nömrə mövqelərində və cinahlarda rahatlıqla oynaya bilirəm. Düşünürəm ki, karyeramın ən yaxşı və parlaq dönəmindəyəm. Bu mövsüm həm Çempionlar Liqasında, həm yığmada qarşılaşdığım rəqabət səviyyəsi belə düşünməyə əsas verir. Dünyanın ən yaxşı klublarına və oyunçularına qarşı oynamışam. “Atletiko” və “Liverpul”a, yığmada isə Fransaya qarşı oynadım. Xoşbəxt olsam da, tam məmnun olduğumu deməzdim. Bədənimdə hələ çox “yanacaq” var. Daha da “artırmağa” qadirəm. Əsl hədəfim DÇ-di. Orda oynasam, artıq tam məmnun olacam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri