BOKT “İnternational”ın rəhbərliyi 1 saata görə məhkəməlik oldu
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnternational” işçisinin şikayəti əsasında cərimələnib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti şirkətə İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinin tələblərini pozduğu üçün 1000 manat məbləğində cərimə təyin edib.
Belə ki, şirkətin əməkdaşı S.Elçin aidiyyəti üzrə şikayət edərək bildirib ki, “İnternational” Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbini pozaraq bayramqabağı olmasına baxmayaraq, istirahət rejimini pozub və 1 saat qısaldılma etməyib.
Şirkət rəhbərliyi qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi üçün Səbail Rayon Məhkəməsinə şikayətlə müraciət edib. Lakin məhkəmə sənədlərə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərib.
Qeyd edək ki, “İnternational” BOKT-un İdarə Heyətinin sədri Nicat Həsənov, Müşahidə Şurasının sədri isə Rifat Həsənovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 03 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















