“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib ®
Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın kapital bazarında lider mövqeyini qoruyan “PAŞA Kapital” İnvestisiya Şirkəti anderraytinq sahəsində fəaliyyətini genişləndirərək daha bir korporativ istiqraz emissiyasının uğurlu yerləşdirilməsində iştirak edib.
Belə ki, BOKT “International” ASC tərəfindən emissiya edilən ümumi həcmi 1 milyon manat olan korporativ istiqrazlar 16 noyabr 2026-cı il tarixində “PAŞA Kapital”ın iştirakı ilə tam həcmdə yerləşdirilib.
Yerləşdirmə çərçivəsində 50 investor tərəfindən ümumilikdə 1 milyon manat məbləğində 50 sifariş təqdim edilib. Nəticədə istiqraz emissiyasının 100%-i uğurla reallaşdırılıb.
Yerləşdirmədə iştirak edən investorların hamısı fiziki şəxslər olub və emissiyanın bütün həcmi bu kateqoriyadan olan investorlar tərəfindən əldə edilib.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz investorlara təqdim edilib. İstiqrazların illik kupon faiz dərəcəsi 15 %, tədavül müddəti isə 2 il təşkil edir. Kupon ödənişləri aylıq əsasda həyata keçiriləcək.
“PAŞA Kapital”ın məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 18 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















