Icma.az
close
up
RU
Bölgə klubunun rəhbəri iddialı komanda istədi, tapşırıqlarını verdi

Bölgə klubunun rəhbəri iddialı komanda istədi, tapşırıqlarını verdi

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

Uzun illər sonra Azərbaycan Premyer Liqasında çıxış edəcək “Karvan” klubunda hazırlıqlar davam edir. Yevlax təmsilçisi üzümüzə gələn “futbol ili”ndə iddialı olmaq niyyətindədir. Əldə etdiyimiz məlumata görə, klub hazırda 9 əcnəbi futbolçu ilə danışıq aparır. Yaxın vaxtda oyunçularla rəsmi müqavilə imzalanacaq. 

“Karvan”ın rəhbəri Şahmar Vəliyev komandanın növbəti mövsüm üçün hədəflərini də müəyyənləşdirib. O, klub rəsmilərinə və məşqçilər heyətinə iddialı komandan görmək istədəyini bildirib. Ş.Vəliyev aran təmsilçisini autsayder kimi yox, 4-5-ci pillələr üçün mübarizə aparan klub kimi görmək istəyir.

Oyunları Yevlaxda keçirmək, azarkeşlərin dəstəyi ilə çıxış etmək rəhbərliyin əsas hədəflərindədir. Artıq bununla bağlı Şahmar Vəliyev lazımi tapşırıqları verib. O, komandanın ev oyunlarını keçirəcəyi 6 min azarkeş tutumuna malik Yevlax şəhər stadionunda təmir-bərpa işlərinin başlanmasına göstəriş verib.

Süni örtüklü meydança salınmaqla yanaşı, digər işlərin aparılması və arenanın UEFA standartlarına cavab verən səviyyəyə  gətirilməsi planlanır. Əldə etdiyimiz daha bir məlumata görə, komanda üçün ölkəxaricindən avtobus da sifariş edilib. Yaxın günlərdə avtobusun ölkəmizə  gətiriləcəyi gözlənilir.

Stadionun yanında yerləşən köməkçi meydançada da ciddi işlər görüləcək. Burada 3500 nəfərlik tribuna inşa ediləcək və təbii örtüklü meydança salınacaq. Eyni zamanda, paltardəyişmə və AFFA rəsmiləri üçün yeni otaqların tikilməsi, sanitar qovşaqlarının inşa edilməsi də nəzərdə tutulub. Rəhbərlik ehtiyat meydança yerləşən ərazidə yeni stadion tikməyi planlaşdırır.

Əsas komandanın çıxış edəcəyi arenada müasir işıqlandırma sisteminin quraşdırılması da gündəmdədir. Bundan əlavə, futbolçuların şəraitinin yaxşılaşdırılması məqsədilə iki mərtəbədən ibarət 60 nəfərlik yaşayış binası inşa edilib. Kür çayının sahilində yerləşən komandaya məxsus təlim-məşq bazasında da təmir işləri bitmək üzrədir. Baza daxilindəki futbol meydançası da süni örtüklə örtüləcək.

Qısacası, uzun illər sonra Premyer Liqaya qayıdan klub rəhbərliyinin ciddi hədəfləri var. Onlar elitada möhkəmlənmək və Yevlax futbolu üçün ciddi işlər görmək niyyətindədir.

İdmanxeber.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 13 İyul 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri