Icma.az
close
up
RU
Bölgə klubunun rəhbəri: “Maliyyə problemləri davam edir”

Bölgə klubunun rəhbəri: “Maliyyə problemləri davam edir”

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Lerik” klubu Azərbaycan II Liqasında 18 turdan sonra 13 xalla 11-ci sırada qərarlaşıb. Komanda sona 8 tur qalmış, autsayder “Füzuli”dən 4 xal öndədir.

Klubun prezidenti Famil Məmmədov “Futbolpress.az“a açıqlamasında komandanın çıxışını dəyərləndirdi:

“18 tur və 13 xal yaxşı nəticə deyil. Çalışırıq ki, xallarımızı artıraq. İkinci dövrədə heyətimiz daha yaxşıdır və xallar toplayırıq. Məqsədimiz liqada yerimizi qorumaqdır. Qarşıda bir neçə tur var. Yəqin ki, yaxşı olacaq”.

“Lerik” mövsümün əvvəlində ciddi maliyyə problemləri ilə üzləşmiş və bir neçə oyunçu ilə yollar ayrılmışdı. Klub rəhbəri maddi sıxıntılarının davam etdiyini bildirdi:

“Maliyyə məsələsinə gəlincə, əlbəttə, hələ həll edilməyib, olduğu kimi qalıb. Buna baxmayaraq, mən, eyni zamanda Bəxtiyar Əliyev adlı kiçik sahibkar var, bizə dəstək olur. Şəhər İcra Hakimiyyəti ilə görüşlərimiz də olub və onlar da nəsə etməyə çalışır. Təəssüf ki, ortada nəsə yoxdur. Futbolun İnkişafı Fondunun müəyyən layihələri var və inanıram ki, həyata keçirilsə, düzələcək”.

Bölgə klubu ev oyunlarını Lerikdə deyil, Lənkəran Olimpiya İdman Kompleksində keçirir. Buna səbəb bölgədəki Lerik stadionunun yararsız vəziyyətdə olmasıdır. Məmmədov arenanın təmiri ilə bağlı işlərin hələ qaldığını qeyd etdi:

“Biz də istərdik ki, oyunları Lerikdə keçirək. Lakin stadionun təmiri ilə bağlı hələ məlumat yoxdur. Bu iş həll edilsə, ora köçəcəyik”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri