Icma.az
close
up
RU
Bölgə klublarında sıxıntılar: “Maliyyə problemləri olsa da, ayaqda qala bildik”

Bölgə klublarında sıxıntılar: “Maliyyə problemləri olsa da, ayaqda qala bildik”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan II Liqasında 2024/25 mövsümü başa çatıb. Bölgə təmsilçilərinin daha çox çıxış etdiyi liqada çempion “Şahdağ Qusar” oldu. Sonuncu “Füzuli” isə çempionatla vidalaşdı.

Mövsümboyu komandalar enişli-çıxışlı nəticələrlə diqqət çəkdi. Xüsusilə autsayder mövqedə olanlar maliyyə sıxıntılarına görə daha çox çətinliklərlə üzləşdi. Sonuncu “Füzuli”nin təsisçisi Vasif İsmayılov maddi durumlarla bağlı klubun bir müddət fəaliyyətini dayandıra biləcəyini istisna etmədi:

“Növbəti mövsümlə bağlı hələ nəsə bilinmir. Çünki sponsor olsa, komandaya dəstək göstərilsə, Region Liqasında oynayıb, yenidən II Liqaya qayıtmağa çalışacağıq. Sponsor, dəstək olmazsa, bir müddət ara verib, toparlanandan sonra yenidən yarışlara qayıda bilərik. Bu gün sonuncu olmağımızın səbəbi maddi durumdur. Bu vəziyyətdə heyət yığmaq çətin olur. Komandamızda gənc oyunçular yer alırdı. Maliyyə dəstəyi olsa, oynamağa çalışacağıq. Bu günə kimi mən əlimdən gələni etmişəm, ancaq sponsorsuz çox çətindir”.

Maliyyə sıxıntıları yaşayan klublardan biri də “Araz Saatlı”dır. Saatlını təmsil edən komanda 31 xalla 8-ci sırada mövsümü başa vurdu. Komanda 26 oyunda 10 qələbə qazanıb, 1 heç-heçə edib, 15 dəfə isə uduzub. Klubun rəhbəri Ədalət Abdullayev mövsümü belə dəyərləndirdi:

“Mövsümün əvvəlində iddialı başlamışdıq. Sezondan öncə bir aya yaxın toplanış keçdik, strategiya müəyyənləşdirdik. Ancaq sonrada maliyyə çətinlikləri yaşadığımız üçün axsadıq. Buna baxmayaraq, sonra toparlana bildik. İkinci dövrəyə də yaxşı başladıq. AFFA İcraiyyə Komitəsinin II Liqa ilə bağlı reqlament qərarları bizi daha ümidləndirmişdi. Bundan sonra motivasiyamız artmışdı və qələbələr qazanmağa başladıq. Ancaq “Şəfa”ya böyükhesablı məğlubiyyət yenidən ruhdan saldı. Sonrakı nəticələrdə də stabillik olmadı və heç 4-cü yer üçün iddiamız qalmadı”.

Abdullayev klubun uzunmüddətli planlarının olduğunu qeyd etdi. O, peşəkar klub səviyyəsində formalaşmaq istədiklərini bildirdi:

“10 günə yaxın istirahətdən sonra toplaşıb, planlarımızı quracağıq. AFFA İcraiyyə Komitəsinin qərarlarından sonra strategiyamızı müəyyələşdirəcək. Ağır mövsümü geridə qoyduq. Maliyyə problemləri olsa da, ayaqda qala bildik. Planımız odur ki, yeni mövsümdə gənclərə daha çox şans verək. Maliyyə məsələlərin həlli üçün axtarışlarımız davam edir.

Klubun uzunmüddətli planı peşəkar klub kimi formalaşmaqdır. Hədəfimiz, məqsədimiz budur. Komandanı tanıtmaq, aşağı yaş qrupları yaratmaqdır. Yəni, klub deyəndə ağıla nə gəlirsə, o formaya düşmək istəyirik”.

II Liqada maliyyə imkanları daha yaxşı olan “Şəfa” gümüş medalları qazandı. “Üçlüy”ü tamamlayan “Şimal” da “Şəfa” və “Şahdağ Qusar” kimi yeni mövsümdə I Liqada mübarizə aparacaq. Dördüncü “Hypers Guba” isə pley-off oyanayacaq.

Çempionatın diqqətçəkən məqamlarından biri xüsusilə bölgə klublarının maliyyə problemləri yaşamasıdır. Elitada çıxış edən “Şamaxı”ya sponsor tapılmadığı bir vaxtda aşağı liqalara yanaşma artıq normal qəbul edilir. Azərbaycan idman ölkəsi olmasına baxmayaraq, futbol inkişaf baxımından digər sahələrə nisbətdə ləng irəliləyir. Buna baxmayaraq, son dövrlərdə liqaların sayının artması, futbolun coğrafiyasının genişlənməsi müsbət hallardandır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 May 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri