Icma.az
close
up
RU
Bölgələrdə ilkin tibbi xidmətdə ciddi problemlər qalmaqda davam edir Komitə sədri

Bölgələrdə ilkin tibbi xidmətdə ciddi problemlər qalmaqda davam edir Komitə sədri

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda bölgələrdə, xüsusilə kənd yerlərində ilkin tibbi xidmətin səviyyəsi hələ də ciddi problemlərdən biri olaraq qalır.

Ölkə.az xəbər verir ki, bunu  Milli Məclisin Səhiyyə komitəsinin sədri  Əhliman Əmiraslanov"Psixiatriya yardımı haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
“Böyük şəhərlərdə bu istiqamətdə xeyli işlər görülür. Amma demək olmaz ki, bütün problemlər həll olunub. Hətta bəzi ilkin tibbi xidmət müəssisələrində böyük növbələrlə rastlaşırıq. Bölgələrdə, xüsusilə kənd yerlərində ilkin tibbi yardım göstərə biləcək məntəqələrin vəziyyəti isə ürəkaçan deyil”, - komitə sədri vurğulayıb.

Deputat qeyd edib ki, bu məsələ parlamentdə dəfələrlə qaldırılıb və vaxtilə problemin həlli üçün pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

“Bərdədə belə bir layihə var idi. Başlanğıcda işlər yaxşı gedirdi, lakin təəssüf ki, son vaxtlar bu sahədə ciddi irəliləyiş müşahidə olunmur”, – o bildirib.
Komitə sədrinin sözlərinə görə, məsələ ilə bağlı TƏBİB rəhbərliyi ilə keçirilən görüşdə də fikirlərini çatdırıb.

“TƏBİB-in rəhbəri ilə görüşümüz oldu və bu məsələləri müzakirə etdik. Mən ilkin olaraq regionlarda modul tipli tibb müəssisələrinin yaradılmasının və onların sayının artırılmasının sürətləndirilməsinin vacibliyini vurğuladım”, - Əhliman Əmiraslanov əlavə edib.
Deputat hesab edir ki, bölgələrdə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyun 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri