Icma.az
close
up
RU
Bölgələrdə həkim çatışmır və ilkin tibbi xidmət acınacaqlı vəziyyətdədir Komitə sədri

Bölgələrdə həkim çatışmır və ilkin tibbi xidmət acınacaqlı vəziyyətdədir Komitə sədri

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün respublikanın bölgələrində ilkin tibbi xidmət məntəqələrinin vəziyyəti çox acınacaqlı və bərbad vəziyyətdədir.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün 2025-ci il büdcəsinin müzakirəsi ilə bağlı keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, istər özü bölgələrdə olanda, istərsə də deputat həmkarlarına bununla bağlı müraciətlər olub. “Özüm şəxsən bir neçə ilkin tibbi məntəqədə olmuşam. Orada ürəkağrıdan mənzərə ilə üzləşmişəm. Vəziyyət bərbad və acınacaqlıdır. Bir çoxunda heç tibbi avadalıq yoxdur, olanı isə sovet dönəmindən qalmadır. Binaları uçub dağılır”,- komitə sədri bildirib.

Bölgələrdə tibbi kadr probleminə toxunan komitə sədri deyib ki, ciddi çatışmazlıqlar var. “Elə rayon var ki, orada 100-dən artıq həkim çatmır. Bu problem həllini tapmalıdır. Məsələ ilə bağlı məsləhətləşmələr aparılır. Bunun səbəblərindən biri  65 yaşı tamam olan gün həkimin pensiyaya göndərilməsidir. Əgər həkim çatışmırsa, onda onların pensiyaya göndərilməsinə nə ehtiyac var? Bəzi dövlət qurumlarında müzakirələrdə deyirlər ki, Bakıda pensiyaya çıxan həkimləri bölgələrə göndərək. Bu absurddur”, - deputat qeyd edib.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri