Bölgələrdə tikinti materialları bazarlarında DURĞUNLUQ
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Bölgələrdə tikinti materialları bazarlarında durğunluq yaşanır.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Zaqatalada qış aylarının təsiri ilə tikinti sektorunda durğunluq yaşanır, materialların alıcılıq səviyyəsi xeyli aşağı düşüb.
Sahibkarların sözlərinə görə, hər il bu mövsümdə eyni vəziyyət yaşanır. Satıcılar qiymətlərdə nisbətən enmə olduğunu bildirirlər. 2-3 ay əvvələ nəzərən taxtanın 1 kubunda 20-30 manat, dəmir materiallarında 5-10 qəpik ucuzlaşma var.
Tikinti sektorunda mövsümi ləngimə adi bir vəziyyət olsa da, sahibkarlar yaz aylarında fəaliyyətin artacağına və alıcılıq səviyyəsinin yüksələcəyinə ümid edirlər.
Gəncədəki tikinti materiallarının satış nöqtələrindən birində satıcılar deyirlər ki, digər rayonlarda olduğu kimi, Gəncə şəhərində də tikinti materiallarının satışında durğunluq müşahidə olunur. Ancaq onlar hesab edirlər ki, yaz aylarından etibarən aktivlik yenidən bərpa olunacaq.
Ətraflı süjetdə:
Bölgələrdə tikinti materialları bazarlarında DURĞUNLUQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 Fevral 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















