Icma.az
close
up
RU
Maşın bazarlarında durğunluq yaşanır

Maşın bazarlarında durğunluq yaşanır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Gəncə və Tovuzun maşın bazarlarında durğunluq müşahidə olunur. Satışa çıxarılan avtomobillər çox olsa da, qiymətlərin yüksək olması alıcılarla satıcıların razılığa gəlməsini çətinləşdirir.

Modern.az xəbər verir ki, bazarda Rusiya istehsalı olan köhnə avtomobillərə tələbat yüksək olaraq qalır. Lakin son aylar bu maşınların qiymətində də artım var.

Qərb bölgəsinin ən böyük avtomobil ticarəti mərkəzi sayılan Gəncə Maşın Bazarında avtomobilini satmaq üçün gələnlərin sayı kifayət qədər olsa da, alıcılar təklif olunan maşınların qiymətlərindən narazıdırlar.

Maşın almaq istəyənlər qiymətlərin yüksək olduğunu və onları qane etmədiyini deyirlər.

Satıcılar bildirirlər ki, son vaxtlarda avtomobil bazarında ticarət əvvəlki kimi deyil. Onların sözlərinə görə, alıcıların əksəriyyəti təklif olunan qiymətlərlə razılaşmır və bazarlıq zamanı qiyməti əhəmiyyətli dərəcədə aşağı salmağa çalışır. Bazarda daha çox alınıb-satılan isə qiyməti nisbətən münasib olan köhnə sovet və Rusiya istehsalı avtomobillərdir.

Həftəsonları fəaliyyət göstərən Gəncə Maşın Bazarına yalnız şəhər sakinləri deyil, ətraf rayonlardan da alıcı və satıcılar gəlirlər.

Tovuzdakı avtomobil bazarında da qiymətlər yüksəkdir. Burada hər həftə təxminən 200 avtomobil satışa çıxarılır. Onun da 90%-ni  buraxılış ili köhnə olan, istismar müddətini başa vurmuş hesab olunan Rusiya istehsalı avtomobillər təşkil edir. Ehtiyat hissələrinin və təmir xərclərinin ucuz, özünün də nisbətən ekonom olması bu cür avtomobillərə tələbatı artırır. Tələbat da belə nəqliyyat vasitələrinin satış sayı kimi qiymətlərini də yüksəldir. Alıcıların istədiyi qiymətlə satıcıların təklifi uzlaşmır.

Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar. Onların sözlərinə görə, son 8 ayda qiymətlərdə təxminən 500-1000 manat arası artım müşahidə olunur.

Bildirilir ki, yaxın vaxtlarda qiymətlərdə enmə gözlənilmir.

(Banker)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Avqust 2026 05:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri