Bölgənin 12 ölkəsinə Azərbaycan qazı ixrac ediləcək Mikayıl Cabbarov
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
"Azərbaycan dünya iqtisadiyyatı üçün mühüm olan enerji və logistika layihələrinin reallaşdığı məkana çevrilib".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“İqtisadi artıma yönəlmiş struktur islahatlar uğurla davam etdirilir. Bölgənin 12 ölkəsinə Azərbaycan qazı ixrac ediləcək. Azərbaycan-Özbəkistan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri birgə forumları yaradılıb. Azərbaycan iqtisadiyyatı son illərdə dayanıqlı inkişaf nümayiş etdirib. Adambaşına düşən ÜDM 2019-cu ildə 4500 ABŞ dolları olduğu halda, 2024-cü ildə 7200 ABŞ dollarına çatıb“, - nazir bildirib.
Firuzə Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 25 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















