Boliviyada prezident seçkiləri ikinci tura qalıb
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Boliviyada prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri yetərli səs toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalıb.
"Report" xəbər verir ki, bu, Ali Seçki Məhkəməsinin (ASM) elan etdiyi səsvermə nəticələri ilə təsbit olunub.
Senator Rodriqo Pas Pereyra və Boliviyanın keçmiş prezidenti (2001–2002-ci illər) Xorxe Kiroqa ölkənin prezident seçkilərinin ikinci turunda yarışacaqlar.
“Xristian-Demokrat Partiyası 32,08 %, Azadlıq və Demokratiya Partiyası 26,94 %, Birlik Partiyası isə 19,93% səs toplayıb”, – deyə ASM nümayəndəsi ilkin bülletenlərin 90%-dən çoxunun işlənməsindən sonra keçirdiyi mətbuat konfransında bildirib.
Birlik Partiyasından namizədliyini irəli sürən iş adamı Samuel Doriya Medina isə öz məğlubiyyətini qəbul edib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 18 Avqust 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















