Boliviyada keçirilən prezident seçkiləri 20 illik hakimiyyətə son qoyur
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
Boliviya və Latın Amerikası siyasətində solçu hərəkat kimi tanınan Sosializmə Doğru Hərəkat Partiyası (MAS) həftə sonu keçirilən prezident seçkilərində məğlub olduqdan sonra 20 illik hakimiyyətini itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ölkədəki sorğu şirkətlərinin proqnozlarına zidd olan sağ mərkəzçi namizəd senator Rodriqo Paz 32,14 faiz səslə seçkidə qalib gəlib, sağçı keçmiş prezident Xorxe Quiroqa isə 26,81 faiz səslə ikinci tura yüksəlib.
Boliviyada heç bir namizəd həlledici qələbə üçün lazımi səs faizini toplamadığından, oktyabrın 19-da ən çox səs toplayan Paz ilə Quiroqa arasında ikinci tur keçiriləcək.

Boliviyada prezident seçkiləri ikinci tura qalıb
18 Avqust 2025 13:12
Boliviyada daşqınlar 16 nəfərin həyatına son qoyub
08 Yanvar 2025 22:08
Boliviyada 90dan çox polis yaralandı
04 Noyabr 2024 18:23
Boliviyada mədən qəzası baş verib
28 Mart 2025 11:53
Boliviyada 31 nəfər həlak olub
04 Mart 2025 07:24

