Bolnisidə Zəlimxan Yaquba həsr olunmuş şeir müsabiqəsi keçirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Tbilisi, 26 dekabr, AZƏRTAC
Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun 75 illik illik yubileyi çərçivəsində Bolnisi rayonunun Faxralı kəndində ilin son tədbiri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşkilatçılığı ilə Faxralıda üç məktəbin şagirdləri arasında şeir müsabiqəsi keçirilib.
Bildirilib ki, Gürcüstan Azərbaycanlıları Konqresi tərəfindən 2025-ci il Gürcüstanda Zəlimxan Yaqub ili elan edilib. Bu məqsədlə müxtəlif bölgələrdə silsilə tədbirlər təşkil olunub.
İlin son tədbiri isə GAK-ın təşkilatçılığı ilə reallaşıb. Faxralıda üç məktəbin - Arif Əliyev adına 1 saylı Faxralı, 2 saylı Faxralı və rayonun Qoşakilsə məktəblərinin şagirdləri arasında Zəlimxan Yaqubun şeirlərinin səsləndirilməsi yarışı təşkil olunub.
Arif Əliyev adına 1 saylı Faxralı məktəbində keçirilən tədbirdə şair Zəlimxan Yaqubun və Arif Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirdə GAK-ın və QafqazTürk Medianın nümayəndələri, ziyalılar, gənclər və məktəb şagirdləri iştirak ediblər.
1 saylı Faxralı məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Əliyeva tədbirin təşkilatçılarına təşəkkür edib, bu cür tədbirlərin xalqın böyük övladlarını tanımasında, ədəbiyyata, elmə və mədəniyyətə marağının artmasında mühüm rol oynadığını qeyd edib.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov il ərzində həyata keçirilən tədbirlər barəsində ətraflı məlumat verib.
Müəllimlər, məktəb direktorları və ziyalılar fikirlərini bölüşüb, bu cür tədbirlərin təşkilini yüksək qiymətləndiriblər.
Daha sonra məktəb şagirdləri Zəlimxan Yaqubun müxtəlif şeirlərini səsləndiriblər.
Şagirdlərin çıxışı böyük maraqla qarşılanıb və xoş təsir bağışlayıb.
Münsiflər heyətinin qərarı ilə qaliblər seçilib. I, II və III yerin qalibi olan şagirdlər mükafatlandırılıb. Şagirdlərə, həmçinin həvəsləndirici Fəxri Fərmanlar verilib.
Tədbirin ərsəyə gəlməsində rolu olan müəllimlər və direktorlar da təltif ediliblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 26 Dekabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















