Icma.az
close
up
RU
Bolnisidəki insident: Çox sayda yaralı var

Bolnisidəki insident: Çox sayda yaralı var

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bolnisidəki insident nəticəsində 9 nəfər yaralanıb - onların hamısı xəstəxanaya yerləşdirilib.

“Cebheinfo.az” xəbər verir ki, səs-küy və qarşıdurma Bolnisi-Marneuli magistralında, "Mercedes" markalı minik avtomobilin iki piyada yeniyetməni vurub öldürməsindən sonra başlayıb.

İddialara görə, yerli sakinlər sürücünün onlara təhvil verilməsini və cəzalandırılmasını tələb edirlərmiş.

Xatırladaq ki, 30 dekabr axşam saatlarında Bolnisi Bələdiyyəsinin Arıxlı (Naxiduri) kəndində iki yeniyetmənin həlak olması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, axşam saatlarında Marneuli-Bolnisi istiqamətində sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü yolu keçməyə çalışan iki piyada yeniyetməni vuraraq öldürüb.

Sərxoş sürücü daha sonra hadisə yerindən qaçmağa cəhd etsə də, buna yerindəcə nail ola bilməyib. Hadisə yerinə çox sayda yerli sakin toplanıb və onun qaçmasına icazə verməyib. İddialara görə, sürücü yerli sakinlərin üzərinə bıçaq çıxarıb və onları hədələyib. İddialara əsasən, Bolnisidən Marneuli istiqamətində hərəkətdə olan bir neçə avtomobilin sürücüsü sərxoş sürücünü müdafiə etməyə çalışıb. Bu zaman yerlilər ilə onu müdafiə etməyə çalışanlar arasında fiziki qarşıdurma baş verib.

Sərxoş sürücü təcili yardım maşınına sığınıb, həmin maşını isə yerlilər aşırıblar. Bu vaxt sürücü hadisə yerindən qaçmağa nail olub. Daha sonra hadisə yerinə çox sayda polis qüvvəsi, o cümlədən Xüsusi Təyinatlılar gözyaşardıcı qaz və bir sıra vasitələrlə cəlb olunub.

30-31 dekabr tarixlərində DİN-in yaydığı məlumata görə, hadisə nəticəsində 8 nəfər yaralanıb. Bundan əlavə, qəzanı törədən sürücünün saxlanıldığı bildirilib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri