Icma.az
close
up
RU
“44 gündə yazılan şanlı tarix” Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

“44 gündə yazılan şanlı tarix” Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 27 sentyabr, AZƏRTAC

Gürcüstanın Bolnisi rayonundakı Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 27 Sentyabr - Anım Günü ilə bağlı adlı tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərkəzin direktoru Rezo Həsənov bildirib ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə düşən mühüm hadisələrdən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin şücaəti sayəsində əldə olunan Böyük Qələbə sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə sentyabrın 27-si şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasında Anım Günü kimi təsis olunub.

Çıxışlarda Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Zəfərə aparan yolun əsas mərhələlərindən söz açılıb, gənclərə şanlı qələbə haqqında etraflı məlumat verilib. Bu mühüm tarixi yadda saxlamağın və şəhidlərin xatirəsini daim uca tutmağın vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində həvəskar şairlər və Mərkəzin üzvləri tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, tarixi günləri əks etdirən təqdimatlar nümayiş olunub.

Həqiqət Şamillinin şəhidlərimizin həyatı, qəhrəmanlığı və döyüş yolundan bəhs edən “Müqəddəs şəhidlər” kitabı tədbir iştirakçılarına təqdim edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri