Icma.az
close
up
RU
Bolqarıstan bu il Azərbaycandan 2 milyard kubmetr qaz ala bilər

Bolqarıstan bu il Azərbaycandan 2 milyard kubmetr qaz ala bilər

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın 2024-cü ildə Bolqarıstana 2 milyard kubmetr qaz tədarük edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “Euronews Bulgaria”ya müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, energetika Bakı və Sofiya arasında ikitərəfli münasibətlərdə prioritet istiqamətlərdən biridir: "2013-cü ildə Bolqarıstanın "Bulqarqaz" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstana 1 milyard kubmetr Azərbaycan qazının tədarükü barədə müqavilə imzalayıb. Tədarüklər 2020-ci il dekabrın 31-də başlayıb. Əgər əvvəllər 1 milyard kubmetr tədarükdən söhbət gedirdisə, bu ilin yekunlarına görə Bolqarıstan bazarına 2 milyard kubmetr Azərbaycan qazının tədarükü planlaşdırılır".

H.Hüseynov qeyd edib ki, Azərbaycan və Bolqarıstan “yaşıl enerji” tədarükü sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdir.

"Yaşıl keçid” məsələsi Avropa İttifaqı və onun tərəfdaşlarının gündəliyində getdikcə daha aktual olur. Bu kontekstdə Azərbaycan və Bolqarıstan bərpa olunan enerji mənbələrindən enerji tədarükü sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdir. Bu, Bolqarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm elementdir. Bundan əlavə, Bolqarıstana təbii qaz tədarükünün daha da inkişaf etdirilməsi üçün böyük imkanlarımız var", - o vurğulayıb.

Səfir hesab edir ki, tərəflər perspektivdə Xəzər regionundan Avropaya bərpa olunan enerji mənbələrinin tədarükünə dair yeni layihələrlə bağlı təşəbbüs irəli sürə bilərlər.

Qeyd edək ki, 2023-cü ildə Bolqarıstan Azərbaycandan 1 milyard 250 milyon kubmetr qaz alıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri