Bolqarıstanın müxtəlif şəhərlərində bomba həyəcanı yaşanıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 6 iyul, AZƏRTAC
Bolqarıstanın müxtəlif şəhərlərində yerləşən məhkəmə və digər ictimai binalara bomba qoyulması barədə elektron poçt vasitəsilə anonim məlumatlar göndərilib.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində əksər binalarda əməkdaşlar və ziyarətçilər təxliyə ediliblər.
Məlumata görə, Burqas, Varna, Stara Zaqora, Veliko Tırnovo, Razqrad, Smolyan, Dobriç, Silistra, Vidin və digər şəhərlərdə yerləşən məhkəmə binalarında və dövlət qurumlarında yoxlamalar aparılıb.
Bolqarıstan Daxili İşlər Nazirliyinin Sofiya Regional İdarəsi bildirib ki, paytaxtdakı yeddi prokurorluq orqanına da təhdid məktubları göndərilib. Aparılan yoxlamalar zamanı heç bir partlayıcı qurğu və ya şübhəli əşya aşkar edilməyib. Binaların fəaliyyəti bərpa olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 06 İyul 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















