Ukraynanın bütün şəhərlərində hava həyəcanı verildi SALAM BAKU
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov bu ölkədən son məlumatları çatdırıb.
O bildirib ki, paytaxt Kiyev də daxil olmaqla, demək olar ki, bütün şəhərlərdə saatbaşı hava həyəcanı siqnalı verilir:
"Son üç gündə Ukraynanın İvano-Frankovsk, Xmelnitski, Lvov vilayətləri, həmçinin Kiyev, Sumı, Çerniqov fasiləsiz olaraq dron hücumlarına məruz qalır. Ötən gün Kiyevə dron hücumu nəticəsində böyük partlayışlar oldu, yanğınlar baş verdi".
Jurnalist onu da vurğulayıb ki, cəbhə bölgələrində – əsasən Donetsk və Zaporojye vilayətlərində vəziyyət daha da gərginləşir.
Donetsk vilayəti uğrunda ölüm-dirim mübarizəsi gedir. Bu həftə müharibədə həlledici həftə hesab olunur. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin yekunlaşması ilə bağlı öz planını açıqlayacaq. Belə bir fikir də var ki, Donald Trampın sülhlə bağlı planları baş tutmasa, müharibə daha da şiddətlənə bilər".
Daha ətraflı videomaterialda:
Ukraynanın bütün şəhərlərində hava həyəcanı verildi - SALAM BAKU
Baxış sayı:95
Bu xəbər 11 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















