Icma.az
close
up
RU
Bolqarıstanlı məşqçi Anadolu klubunda tarix yazır

Bolqarıstanlı məşqçi Anadolu klubunda tarix yazır

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Türkiyə futbolunun məşqçi dəyişiklikləri baxımından Avropada ön sıralarda olması heç kimə sirr deyil.

"Football-plus.az" xəbər verir ki, qardaş ölkədə məşqçilərin tez-tez əvəzlənməsi artq adət halını alıb. Özü də söhbət təkcə iddiasız klublardan getmir. Amma təbii ki, istisnalar da var. “Qalatasaray” – Okan Buruk işbirliyini xatırlamaq kifayətdi. 52 yaşlı mütəxəssis İstanbul nəhənginin başında artıq 4-cü mövsümünü keçirir.
Adətən, qeyri-sabit çıxış edən Anadolu təmsilçilərində bir məşqçinin uzun müddət işləməsi faktiki mümkünsüz görünsə də, əslində buna dair da əla bir örnək var. Söhbət “Göztəpə”nin çalışdırıcısı Stonimir Stoylovdan gedir. Bu məqamda dərhal bir mühüm xatırlatma edək. “Göztəpə” Türkiyə futbolunda xarici investorlar tərəfindən idarə olunan yeganə klubdu. Bolqarıstanlı mütəxəssis 2023-ün noyabrında İzmir klubunun başına keçərkən onun bu qədər uzun müddət bu klubda qalacağını az adam proqnozlaşdırardı. Özü də “sarı-qırmızılar” həmin vaxt 1-ci liqada çıxış edirdilər. Daha öncə “Levski” və “Astana”nın başında diqqətçəkən uğurlar qazanan təcrübəli mütəxəssis dərhal nəticə verməyə başladı. O, ilk cəhddəcə “Göztəpə”ni elitaya daşıdı. Komanda superliqadakı debüt mövsümünü 8-ci yerdə tamamladı. 2025-in yayında “Göztəpə” bir Anadolu klubu üçün rekord məbləğə - “20+5” milyon avroya Romulonu “Leyptsiq”ə satdı. Əsas qol silahı ilə vidalaşmasına baxmayaraq, izmirlilər bu mövsüm də nəticələri ilə diqqəti çəkirlər. “Fənərbaxça” kimi çempionluğa iddialı klubdan mövsümün hər iki oyununda xal almağı bacaran “Göztəpə” 19 turdan sonra “Beşiktaş”ın önündə - 4-cü pillədə qərarlaşıb. Bu gedişlə bu komandanın avrokuboklara vəsiqə qazanması sürpriz olmayacaq. Müdafiə planında da diqqət çəkən “Göztəpə” 19 turdan sonra ən az (11) qol buraxan komandadı.
“Fənər”ə qarşı son matçda Stoylov həm də adını klub tarixinə yazdırdı. O, “Göztəpə”nin başında superliqada 55-ci oyuna çıxdı. Bolqarıstanlı çalışdırıcı bununla da Tamər Tunanı geridə qoyaraq klub tarixində Türkiyə çempionatında ən çox oyuna çıxan ikinci məşqçiyə çevrildi! Bu göstəricidə Stoylov yalnız klubun əfsanəsi Adnan Süvaridən geri qalır. Süvari 1960-80-ci illərdə fərqli dönəmlərdə ümumilikdə klubun başında 350 çempionat oyununa çıxıb (130 qələbə, 120 heç-heçə, 100 məğlubiyyət). “Göztəpə”nin Stoylov ilə 55 oyundan 23 qələbə, 17 heç-heçə, 15 məğlubiyyətlə ayrıldığını nəzərə alsaq, o, klub tarixində ən yaxşı (41,8) qələbə faizinə malik olan məşqçi statusundadı. Adnan Süvaridə bu göstərici 37,1 faizə bərabərdi.
Ümumilikdə “Göztəpə” Stoylovla keçirdiyi 86 rəsmi oyundan 44 qələbə, 22 heç-heçə, 20 məğlubiyyətlə ayrılıb (top fərqi – 149:79).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Fevral 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri