Icma.az
close
up
RU
“Bolt Food”dan müştəri narazılığı

“Bolt Food”dan müştəri narazılığı

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Bolt Food” restoran və mağazalardan yemək və başqa ərzaq məhsullarını sifarişlə istifadəçilərə çatdıran xidmətdir. Bolt şirkəti bu xidməti mobil tətbiq üzərindən göstərir.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda yemək çatdırılması bazarını 2021-ci ildən “Bolt Food” kimi platformalar inkişaf etdirməyə başlayıb. Xüsusilə pandemiya dövründə karantin və qapanmalar zamanı bu xidmətlərə tələbat daha da artıb.

Lakin son zamanlar “Bolt Food”un öz səhifələrində istifadəçilər xidmətdən narazılıq dolu paylaşımlar edirər.

Müştərilərdən bəziləri sifariş zamanı yeməklərin əskik, ya da gec çatdırıldığını bildirir.

Bundan başqa, “Bolt Food” xidmətindən istifadə etmədiyini bildirən bir vətəndaş başına gələn maraqlı hadisə barədə danışıb. O bildirib ki, keçən həftə onun ünvanına “Bolt Food” ailəvi restorandan səhvən yemək gətirib. Vətəndaş restorana zəng vurub, yemək sifariş etmədiyini və sifarişin yanlış ünvana çatdırıldığını bildirib. Restoran əməkdaşı ondan sifariş çekinin şəklini göndərməsini istəyib. Daha sonra restorandan bildirilib ki, həmin sifariş onlara məxsusdur. Bu haqds məlumat veriləcəyini deyiblər.

Ancaq hadisədən sonra bir saatda vətəndaşa heç bir məlumat verilməyib. O, restoranın “WhatsApp” nömrəsinə səsli mesaj göndərib. Yeməyi özünün paketində soyuducuya yerləşdirdiyini deyib. Kimin gəlib yeməyi götürəcəyini soruşub.

Restoran əməkdaşı bildirib ki, sifariş onların restoranına məxsus olsa da, Bolt kuryeri onu yanlış ünvana çatdırıb. Buna görə sifarişin həmin vətəndaşda qalmasını istəyiblər.

Vətəndaş yeməyin götürülməsi üçün əməkdaş göndərilməsini xahiş edib. Lakin restoran əməkdaşı onunla əlaqə saxlayıb, yenə eyni cavabı verib.

Restorandan deyilib ki, çatdırılma xidməti onlara aid deyil: "Bu, Bolt kuryerinin səhvi olduğu üçün məsələni biz həll edə bilmərik”.

Vətəndaşın sözlərinə görə, restoran Bolt şirkəti ilə əlaqə saxlayıb. Şirkət sifarişi verən müştərinin pulunu geri qaytarıb. Restoran isə yanlış ünvana çatdırılan yeməyin həmin şəxsdə qala biləcəyi bildirilib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 İyul 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri