Icma.az
close
up
RU
“Bolt”dan FIRILDAQ: Müştərinin bank kartından...

“Bolt”dan FIRILDAQ: Müştərinin bank kartından...

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

 Gün ərzində bir neçə dəfə taksi xidmətlərinə müraciət etməli oluruq. Lakin heç də həmişə taksi şirkətlərinin xidmətindən razı qalmırıq.

Son zamanlar taksi şirkətlərinin xədmətlərindən narazılıqlar artır. Bakıvaxtı.az-ın məlumatına görə, belə narazılıqdan birini jurnalist Elvin Paşazadə öz sosial şəbəkəsində bölüşüb:

"Sifariş verirsən, ünvana çatanda görürsən ki, iki dəfə gediş haqqı çıxılıb. Cavab olaraq bildirilir ki, bank etibarlılığı yoxlanır. Siz hüquq-mühafizə orqanısız?

Əgər gün ərzində 10 min insan sizin xidmətdən istifadə edirsə, demək sizdə bir o qədər cibə girirsiniz. COP29 ərəfəsində ölkənin adına ləkəsən, BOLT"- deyə həmkarımız qeyd edib.

Elməddin Muradlı: Belə hal olubsa, bu, maxinasiyadır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, qanunsuz hərəkətdir:

"Bir xidmət üçün iki dəfə pul çıxmaq qanunsuz bir hərəkətdir. Gün ərzində bir insandan 2 dəfə eyni məbləği çıxmaqla 50-100 min manatlıq dövriyyə edirlər. Bunun da 14 gün ərzində bankdakı faizini hesablayanda, böyük məbləğ olur".

E.Muradlı qeyd edib ki, bu, ciddi bir məsələdir, araşdırmaq lazımdır:

“Digər proqramlara bank etibarlılığı lazım olmadı, bir “Bolt”a lazım oldu? Bu, düzgün deyil, bəlkə bu hal təsadüfi baş verib, bəlkə daha yoxdur, ancaq varsa, bu, maxinasiyadır".

Aslan Əsədov: İnsanlar kibertəhlükəsizliyə qarşı ayıq olmalıdırlar

Nəqliyyat eksperti Aslan Əsədov da Bakıvaxtı.az-a bildirib ki, daxili daşıyıcı şirkətlərin qanun və qaydalara riayət etmələri birmənalı olmalıdır. Yəni hər bir şəxs “Yol hərəkəti haqqında” qanuna və qanunvericiliyinə uyğun hərəkət etməlidir.

"Kibertəhlükəsizliyə qarşı insanlar ayıq olmalıdırlar. Öz fikir və iradlarını açıq şəkildə bildirməlidirlər", - deyə Aslan Əsədov bildirib.

Məsələ ilə bağlı "Bolt" şirkətinin səfər sifarişi xidməti üzrə koordinatoru Toğrul Oruclu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Bolt” şirkəti tərəfindən təqdim olunan taksi xidmətindən istifadə edərkən iki cür ödəniş üsulu mövcuddur: nağd və bank kartı vasitəsilə. Bank kartı ilə ödəniş seçildikdə, kartın etibarlılığını yoxlamaq və kartdan və məlumatlardan saxta istifadə hallarını minimuma endirmək məqsədilə kartın doğrulanması tələb oluna bilər:

"Bu halda, sifariş edilərkən səfər üzrə qeyd olunan məbləğ əvvəlcədən bank kartından silinə bilər. Bu proses bank hesabında məbləğin müvəqqəti rezervasiyası ilə nəticələnir. Əgər səfər uğurla başa çatarsa, məbləğ növbəti mərhələ olaraq şirkətin hesabına köçürülür. Lakin, səfər ləğv edilərsə - sürücü və ya sərnişin tərəfindən - məbləğ müştəriyə rezervasiyadan geri qaytarılır. Əgər müştəriyə geri qaytarılmasında problem yaranarsa, daha dəqiq desək, qanuna əsasən göstərilən 14 gün ərzində hesaba köçürülməzsə, müştəriyə banka müraciət etmək tövsiyə olunur".

T.Oruclu onu da vurğulayıb ki, “Bolt” şirkəti tərəfindən qiymət prosedurlarında heç bir dəyişiklik baş verməyib və bir səfər üzrə gediş haqqının iki dəfə çıxılması mümkün deyil.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Noyabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri