“Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son günlər “Bolt”da fəaliyyət göstərən bəzi sürücülərlə bağlı eyni məzmunlu şikayətlər artmaqdadır. Sərnişinlərin iddiasına görə, tətbiqdə görünən gediş haqqı ilə sürücünün sistemində göstərilən məbləğ arasında 2-3 manat fərq yaranır və sürücülər müştəridən öz sistemlərindəki məbləği tələb edirlər.
Məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova Axar.az-a açıqlamasında bildirib ki, müştəriyə şirkət tərəfindən güzəşt verilir.
“Güzəşt veriləndə müştəridə və sürücüdə məbləğ fərqli görünür. Lakin o qiymət fərqini sürücüyə şirkət verir. Biz sərnişinə güzəşt ediriksə, o məbləği sürücüyə özümüz ödəyirik”, - o bildirib.
N.Kazımovanın sözlərinə görə, ola bilsin ki, bəzi sürücülər bunu bilmir və yaxud qəsdən edirlər:
“Bu halla rastlaşan sərnişinlər şirkətə müraciət edə bilərlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 10 İyul 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















